Hikmət Hacıyev: Bu il keçirilən WUF13 indiyədək təşkil olunan forumlar arasında ən böyüyüdür
18 May 2026, 10:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1145
13.12.2025, 20:49
Bəlli olduğu kimi, ötən ay - noyabrın 5-də və 8-də 35 ildən sonra ilk dəfə Rusiya və Qazaxıstandan Ermənistana buğda yüklərinin Azərbaycan və Gürcüstan üzərindən birbaşa dəmir yolu tranziti həyata keçirilib. Bugünlərdə isə Bakı qonşu ölkəyə neft məhsulları satmaq barədə qərar verib.
Bu addımlar ölkəmizə hansı üstünlüklər gətirəcək?Daha hansı addımlar atıla bilər?
Politoloq Oqtay Qasımov Oxu24.com-a açıqlamasında bildirib ki, Azərbaycan-Ermənistan arasında 8 avqust Vaşinqton görüşündən sonra etimad mühitinin qorunmasıyla bağlı sürətli proses getməkdədir:
“Bu dövr ərzində artıq Azərbaycan və Ermənistan rəsmiləri bir neçə görüş keçiriblər. Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Azərbaycan-Ermənistan sərhəddində, o cümlədən Qəbələdə görüşü olub. Daha sonra Azərbaycan Ermənistana qarşı tətbiq olunmuş tranzit məhdudiyyətlərini aradan qaldırmaqla bağlı qərar verib.
Bir neçə gün öncə isə Azərbaycan enerji daşıyıcılarının Ermənistana göndərilməsi ilə bağlı addım atılıb.
İki tərəf arasında qarşılıqlı etimad mühitinin qorunması olduqca vacib bir addımdır. Belə ki, belə addımlar iki toplum arasında münasibətlərin normallaşmasında əsas rol oynayır. Bundan başqa, nəzərə alsaq ki, Ermənistan özünün enerji daşıyıcıları ilə bağlı məlumatda Rusiya və İrandan asılıdır. Təxminən, Rusiyadan 85% asılıdır. Ermənistan üçün vacibdir ki, özünün enerji siyasətini şaxələndirsin və bir tərəfdən asılılığı azaltsın. Bu baxımdan bu addım Ermənistan üçün ilk növbədə etimad mühitinin qurulması üçün, eyni zamanda da Rusiyadan və digər təchizatçılardan tam şəkildə asılılığı qaldırmaq üçün vacibdir.
Düşünürəm ki, həm də atılan bu addım gələcəkdə Güney Qafqazda sülh və sabitlik ab-havasının mühitinin formalaşması üçün ciddi təsir göstərəcəkdir”,-deyə politoloq bildirib.
Çimnaz Telmanqızı
10:10 / 18 May 2026
1
10:10 / 18 May 2026
1
10:08 / 18 May 2026
6
09:55 / 18 May 2026
17
09:45 / 18 May 2026
16
09:31 / 18 May 2026
18
09:21 / 18 May 2026
24
09:15 / 18 May 2026
22
08:55 / 18 May 2026
22
08:44 / 18 May 2026
100
08:28 / 18 May 2026
53
07:53 / 18 May 2026
72
02:40 / 18 May 2026
95
02:18 / 18 May 2026
330
02:05 / 18 May 2026
616
01:43 / 18 May 2026
202
01:36 / 18 May 2026
799
01:33 / 18 May 2026
181
01:19 / 18 May 2026
1128
01:17 / 18 May 2026
115
01:14 / 18 May 2026
99
19:32 / 17 May 2026
133
19:27 / 17 May 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.