Gəncləşmiş ölümlərin səbəbi bu imiş? — Mütəxəssisdən ŞOK XƏBƏRDARLIQ
13 Dekabr 2025, 22:11
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
310
13.12.2025, 22:45
Xərçənglə üz-üzə: ümid, mübarizə və reallıq
Xərçəng orqanizmdə hüceyrələrin nəzarətsiz şəkildə çoxalması nəticəsində yaranan ağır xəstəliklər qrupudur. Normalda hüceyrələr müəyyən qayda ilə bölünür və ömrünü tamamladıqdan sonra məhv olur. Xərçəng zamanı isə bu mexanizm pozulur, anormal hüceyrələr sürətlə çoxalaraq toxuma və orqanlara zərər verir.
Oxu24.com cəmiyyəti bu xəstəliklə bağlı maarifləndirmək məqsədi ilə həkim onkoloq Nurlana Əliyeva ilə həmsöhbət olub.
Onkoloq Nurlana Əliyeva açıqlamasında bildirib ki, onkoloji xəstəliyə şübhəsi olan insanda daimi halsızlıq, yorğunluq, iştahsızlıq hissi, çəki itirmə, bədən hərarətinin qalxması, yuxusuzluq, düz bağırsaqdan qanaxma əlamətləri, ishal, qəbzlik, öskürək və bəlğəmda qan olması, bədənin hər-hansısa nayihəsində şişkinlik və başqa əlamətlər olur:
“Xəstənin xarici görünüşünə baxaraq əgər biz hər-hansı əlamətdən şübhələniriksə, demək bu artıq gecikmiş mərhələdir, yəni yayılmış xərçəngdir. Bəs bunun əlamətləri nələrdir? Əgər xəstə həddindən artıq kilo veribsə, dərinin görünən selikli qişalarında tündləşmə, saralma, çəki itirmə varsa, artıq bu o deməkdir ki, xərçəng içəridə öz işini görüb, bütün orqanlara yayılıb",-deyə onkoloq bildirib.
Xərçəngi necə təyin etmək olur?
-Xərçəngi təyin etmək üçün ilkin analizlərdə, biz burda qan təhlilləri edə bilərik, radioloji müayinələri(ultrasəs, kompüter tomoqrafiyası, mamoqrafiya,MRT) edə bilərik. Lakin biz bununla heç vaxt xərçəng diaqnozu qoymuruq. Xərçəng diaqnozu yalnız biopsiya icra edilibsə, və biopsiya nəticəsində atipik hüceylərində maliqnizasiya aşkar olunubsa, biz o zaman xəstəyə xərçəng diaqnozu mərhələsini qoyuruq. Mərhələyə də uyğun olaraq müalicə planını tərtib edib, müalicəyə başlayırıq.
Bəs kimlər daha çox risk qarşısındadır?
Ümumiyyətlə, risk altında olan insanlar qeyri-sağlam həyat tərzi aparan, şəkərdən çox istifadə edən, tütün məhsullarından, alkoqoldan istifadə edən, az hərəkətli insanlardır. Amma bundan başqa bəzi hallarda insan normal sağlamdır, lakin o insan da onkoloji xəstəliyə tutulub. Bu nədən irəli gələ bilər? Əlbəttə ki, irsiyyət faktorundan irəli gəlir. Bu təxminən 5-10% risk təşkil edir.
Hazırda onkoloji xəstəliklərdə cavanlaşma gedir. Belə ki, daha cavan yaşlarda, uşaqlarda aşkar olunur. Amma mən deyərdim ki, xərçəng bütün yaş qruplarında aşkarlana bilər. Çünki, xərçəngin əmələ gəlməsində hüceyrəmizdə baş verən dəyişikliklər səbəb olur. Onsuz da bizim orqanizmimiz hüceyrələrdən təşkil olunduğuna görə həyatımızın hər-hansısa bir dönəmində bir bölünmə ola bilər və o da xərçəng xəstəliyinin yaranmasına gətirib çıxara bilər.
Həmçinin oxuyun
Xəstəlik ən çox qadınlarda rast gəlinir. Məsələn süd vəzi xərçəngi, uşaqlıq boynu xərçəngi qadınlarda əmələ gəlir. Kişilərdə isə ağciyər xərçəngi, prostat vəzi xərçəngi əmələ gəlir.
Bizim hər birimizin genlərində nəsillərdən miras qalan məlumatlar var. Xərçəng xəstələrinin də bir qismi 5-10%ə qədəri irsi faktorlardan asılıdır. Yəni genetik ötürülmə nəticəsində onkoloji xəstəlik yaradan mutasiyalar baş verir ki, o mutasiyalar da əgər valideyndə varsa, valideyndən övlada keçir. Bir ailənin üzvündə bir neçə oxşar növ xərçənglər əmələ gələ bilər. Bu da sırf genetikanın onkoloji xəstəliklərdə rolunu göstərir ki, həqiqətən də irsiyyət böyük rol oynayır. Hazırki dövrdə biz mutasiyaları aşkarlaya bilirik, qarşısını ala bilirik.
-Bəs kişi və qadın xərçəngləri ağırlığına görə fərqlənirmi?
Kişi və qadın orqanizmləri çox mürəkkəbdir. Bizi idarə edən bizim hormonlarımızdır. Cinsiyyətlə bağlı fərqli hormonlar olduğuna görə xərçəng növləri də qadınlarda və kişilərdə fərqli olur. Ümumiyyətlə desək, xərçəngin ağırlığı qadın, kişiyə baxmır. Xərçəngin 4 mərhələsi var. Birdə hüceyrə səviyyəsində aşkar olunan xərçəng. Artıq bu 0-cı mərhələdir. Bu mərhələ xərçəngə tutulmuş pasiyentlər daha şanslı olur, nəinki 3-cü, 4-cü mərhələ xərçəng aşkarlanmış xəstələr. İlkin mərhələdə aparılan müalicə taktikası ağırlıq dərəcəsinə görə yayılmış, yəni 3 və 4-cü mərhələlərdə aparılmış müalicə taktikasından çox fərqlidir. 4-cü mərhələnin müalicə metodları ilkin mərhələdən daha məhdud olsa da, sağalma şansı vardır.
Hazırda insanlar əgər xərçəng diaqnozu qoyulubsa, buna ölüm hökmü kimi yanaşır. Hətta ən qeyri-onkoloji prosedura belə təşvişlə yanaşırlar. Bu düzgün yanaşma deyil. Müdaxiləsi çətinlik törədən xərçəng növləri var. Müdaxiləsi olmayan heç bir xərçəng növü yoxdur. Sadəcə həmin pasiyentlərə ümid, motivasiya lazımdır.
Tövsiyə olaraq qeyd edərdim ki, hər gün insanlar tüpürcək rənginə, sidik rənginə yuxudan durduqda diqqət yetirsinlər ki, nə dəyişiklik var. Bu dəyişikliklərin hər biri bizim orqanizmimizin bizə imdat siqnalı verməyidir ki, mənə kömək et.
Müayinə və müalicə üçün 📱 +994502264462
🏥1-5 ci günlər Milli Onkologiya Mərkəzi
🏥Şənbə günü Baku Medical Plaza Babək
Çimnaz Telmanqızı
01:21 / 14 Dekabr 2025
102
00:52 / 14 Dekabr 2025
189
00:43 / 14 Dekabr 2025
65
00:04 / 14 Dekabr 2025
86
23:47 / 13 Dekabr 2025
654
23:44 / 13 Dekabr 2025
37
23:30 / 13 Dekabr 2025
49
22:30 / 13 Dekabr 2025
93
22:28 / 13 Dekabr 2025
106
22:22 / 13 Dekabr 2025
116
22:11 / 13 Dekabr 2025
234
21:58 / 13 Dekabr 2025
389
21:34 / 13 Dekabr 2025
1028
21:21 / 13 Dekabr 2025
81
21:19 / 13 Dekabr 2025
108
21:15 / 13 Dekabr 2025
77
21:02 / 13 Dekabr 2025
72
20:49 / 13 Dekabr 2025
374
20:44 / 13 Dekabr 2025
93
20:36 / 13 Dekabr 2025
83
20:26 / 13 Dekabr 2025
78
20:01 / 13 Dekabr 2025
285
19:53 / 13 Dekabr 2025
97
19:21 / 13 Dekabr 2025
718
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.