Azərbaycanın Ermənistana son 4 ayın ixracının dəyəri 10 milyon dollara yaxınlaşıb
18 May 2026, 11:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
793
13.12.2025, 18:12
Son illər ali təhsil alan gənclərin sayı artsa da, onların əmək bazarına inteqrasiyasında ciddi problemlər qalmaqdadır. Universitet məzunlarının bir hissəsi ixtisasına uyğun iş tapa bilmir, digərləri isə tamamilə fərqli sahələrdə çalışmağa məcbur qalır. Bu isə ali təhsil sistemi ilə real iş bazarı arasında ciddi uyğunsuzluğun mövcud olduğunu göstərir.
“Gənclərin iş tapa bilməməsində əsas səbəb gənclərin bilik və bacarıqlarıdır”-bunu Oxu24.com-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib.
Ekspertin sözlərinə görə bizim gənclərimiz ali təhsil müəssisəsinə qəbul olduqdan sonra ali təhsil müəssisəsində köhnədən qalan düşüncə, ideologiya və tədris prosesi bizim gənclərimizin öz sahələri üzrə praktiki biliklərini demək olar ki, yox səviyyəyə gətirib çıxarır.
“Hazırda əksər ali təhsil müəssisələrində nəzəri biliklər verilir. Praktiki biliklər isə yoxdur. İşə götürən də işə götürdüyü zaman həmin kadrı müsahibəyə çağırır. Lakin görür ki, o kadrın sahəsi üzrə praktiki biliyi yoxdur. Məsələn, pedaqoji ixtisas üzrə bitirən bir gənc MİQ imtahanına girə bilmir. Ona görə də əlavə hazırlıq kurslarına yazılır.
Tələbə oxuduğu ixtisas üzrə təcrübə keçir. Universitet oxuduğu 4 ildə 8 smestr olursa, onun yalnız 1 smestri təcrübə keçilir. Bu da həddən artıq azdır. Dünya praktikasına baxdığımız zaman görürük ki, təhsilin üçdə biri praktikaya həsr olunur. Lakin bizdə isə vəziyyət heç ürəkaçan deyil.
Xarici ali təhsil müəssisəsini bitirən bir gənc rahatlıqla iş tapa bilir. Niyə? Çünki, işəgötürən həmin gəncin praktiki biliklərinin kifayət qədər olduğunu görür.
Artıq getdikcə hər-hansısa bir sahənin bilik və bacarığı əsas götürülür. Cənab Prezidentimizin çox gözəl bir sözü var. “Diplom, sahəni, ixtisası rəsmiləşdirəm bir sənəddir”.
Əgər ixtisas üzrə bilik və bacarıq yoxdursa, diplom heç bir fayda verməyəcək. Düşünürəm ki, işəgötürənlər üçün diplomla yanaşı, bilik, bacarıq faktoru üstünlük təşkil edir. Beynəlxalq təcrübəyə baxsaq görərik ki, dünyanın inkişaf etmiş ölkələrində bəzi kurslar artıq diplomu əvəz edə bilir. Məsələn, bəzi beynəlxalq yönümlü kompüter kursları bitirdikdən sonra artıq gənc rahat şəkildə həmin sertifikatla gedib əmək bazarına qoşula bilir.
Ümumiyyətlə demək olar ki, gənclərin iş tapması üçün ali təhsil müəssisələrində təcrübə keçməsi çox önəmlidir. Bunun üçün ali təhsil müəssisələrinin maddi-texniki bazaları, laboratoriyaları olmalıdır”,-deyə ekspert bildirib.
Çimnaz Telmanqızı
11:07 / 18 May 2026
10
11:05 / 18 May 2026
13
11:02 / 18 May 2026
14
10:58 / 18 May 2026
18
10:53 / 18 May 2026
18
10:30 / 18 May 2026
107
10:27 / 18 May 2026
75
10:21 / 18 May 2026
45
10:14 / 18 May 2026
71
10:10 / 18 May 2026
46
10:10 / 18 May 2026
56
10:08 / 18 May 2026
46
09:55 / 18 May 2026
55
09:45 / 18 May 2026
49
09:31 / 18 May 2026
50
09:21 / 18 May 2026
60
09:15 / 18 May 2026
50
08:55 / 18 May 2026
69
08:44 / 18 May 2026
111
08:28 / 18 May 2026
60
07:53 / 18 May 2026
80
02:40 / 18 May 2026
99
02:18 / 18 May 2026
362
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.