Ermənistanda general vəzifəsindən azad edildi
26 Noyabr 2026, 19:30
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
345
07.05.2024, 20:24
Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq mətbuatda Vyananın NATO ilə əməkdaşlığı artırmaq planları ilə bağlı yayılan xəbərlər fonunda respublikanın alyansa üzv olmaq niyyətində olmadığını bildirib.
Oxu24.com xəbər verir ki, “Biz ora girməyi planlaşdırmırıq” deyən nazir ölkənin Milli Şurasının (parlamentin aşağı palatası) xarici siyasət komitəsi qarşısında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Avstriya neytral dövlətlərin “unudulmaması” üçün digər neytral dövlətlərlə - İrlandiya, Malta və İsveçrə ilə məlumat mübadiləsi aparmağa çalışır.
Bundan əvvəl Die Presse qəzeti Avstriya, İrlandiya, Malta və İsveçrədən ibarət dörd neytral Avropa dövlətinin 2023-cü ilin sonunda Şimali Atlantika Alyansına geniş əməkdaşlıq təklifi ilə məktub göndərdiyini yazıb.
Nəşrin məlumatına görə, Finlandiya və İsveç NATO-ya daxil olduqdan sonra bu dövlətlər öz qruplarını WEP4 (Qərbi Avropanın dörd tərəfdaşı) kimi yerləşdirmək niyyətindədirlər.
Məktubda WEP4 dövlətləri NATO-nun hərbi manevrlərində iştiraklarını genişləndirmək niyyətlərini, həmçinin NATO sənədlərinə və məlumatlarına imtiyazlı çıxış əldə etmək, kəşfiyyat məlumatlarının mübadiləsini artırmaq, kibertəhlükəsizlik sahələrində alyansla qarşılıqlı əlaqə yaratmaq, kritik infrastrukturun qorunması və yeni pozucu texnologiyalarla mübarizə məsələləri də öz əksini tapıb.
Miri
21:08 / 26 Noyabr 2026
32
21:04 / 26 Noyabr 2026
228
20:55 / 26 Noyabr 2026
49
20:50 / 26 Noyabr 2026
54
20:38 / 26 Noyabr 2026
63
20:31 / 26 Noyabr 2026
67
20:26 / 26 Noyabr 2026
172
20:22 / 26 Noyabr 2026
64
20:09 / 26 Noyabr 2026
81
20:02 / 26 Noyabr 2026
96
19:58 / 26 Noyabr 2026
607
19:46 / 26 Noyabr 2026
111
19:30 / 26 Noyabr 2026
122
19:23 / 26 Noyabr 2026
161
19:13 / 26 Noyabr 2026
115
19:05 / 26 Noyabr 2026
218
18:59 / 26 Noyabr 2026
105
18:56 / 26 Noyabr 2026
131
18:48 / 26 Noyabr 2026
136
18:42 / 26 Noyabr 2026
136
18:39 / 26 Noyabr 2026
178
18:29 / 26 Noyabr 2026
142
18:26 / 26 Noyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.