Xanım Sultanova yüksək vəzifəyə təyin edildi
06 Avqust 2026, 19:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
95
06.08.2026, 10:48
Müasir dövrdə ətraf mühitin çirklənməsi və ekoloji tarazlığın pozulması bəşəriyyəti düşündürən ən başlıca problemlərdən birinə çevrilib. Qlobal miqyasda su hövzələrinin çirklənməsi, meşələrin məhv edilməsi və antropogen təsirlər ekosistemlərin deqradasiyasını sürətləndirir. Bu fonda mütəxəssislər arasında ekoloji bərpa prosesinin hansı metodlarla aparılması barədə geniş müzakirələr gedir. Bəzi ekspertlər təbiətə sadəcə müdaxilə etməməyin və ona özünübərpa imkanı yaratmağın kifayət etdiyini müdafiə edirlər. Digər tərəfdən isə insan müdaxiləsi və aktiv təmizləmə işləri olmadan tam bərpanın imkansız olduğunu irəli sürənlər var. Məsələyə aydınlıq gətirmək üçün Oxu24.com olaraq sahənin tanınmış mütəxəssisinin fikirlərini öyrəndik.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən ekoloq Rövşən Abbasov bildirib ki, ekosistemin bərpası məsələsində unikal və vahid bir resept yoxdur, hər bir vəziyyətə fərdi yanaşılmalıdır:
"Əslində təbiətə mane olmamaq prinsipi o anlama gəlir ki, əgər biz pozulmuş əraziləri bərpa etmək istəyiriksə, həmin əraziyə əlavə çirkləndirici maddələr axıtmadan, meşələri qırmadan və təbiətə əlavə təzyiq göstərmədən onu öz başına buraxmalıyıq. Bu halda müəyyən bir müddətdən sonra təbiət öz-özünü bərpa edə bilir. Məsələn, çirklənmiş bir gölü nəzərdən keçirək: əgər mənbədən gələn çirkləndiricilərin daxil olmasını dayandırsaq, gölün xarakterindən asılı olaraq 10–15 il ərzində bərpa prosesi baş tuta bilər. Lakin bu, daha çox axarlı göllərə aitdir; əgər göl axarsızdırsa, çirkləndiricilərin dayandırılmasına baxmayaraq onun vəziyyəti daha da pisləşə bilər”.
Ekoloq həmçinin qeyd edib ki, bununla yanaşı, elə çirklənmə növləri var ki, orada insan müdaxiləsi olmadan heç bir nəticə əldə etmək mümkün deyil. Xüsusilə neftlə çirklənmiş göllər və torpaq sahələrində neft əsrlərlə, hətta minilliklərlə qala bilir.
Rövşən Abbasov əlavə edib ki, bu cür ağır çirklənmələrdə təbiəti öz axarına buraxmaq kifayət etmir və mütləq insan müdaxiləsi, xüsusi texniki-ekoloji təmizləmə tədbirləri tələb olunur. Bir sözlə, hər bir ekoloji hadisəyə və əraziyə fərdi yanaşma tətbiq edilməlidir.
Çimnaz Telmanqızı
19:30 / 06 Avqust 2026
1
19:09 / 06 Avqust 2026
19
19:05 / 06 Avqust 2026
29
18:47 / 06 Avqust 2026
290
18:45 / 06 Avqust 2026
53
18:41 / 06 Avqust 2026
43
18:40 / 06 Avqust 2026
104
18:34 / 06 Avqust 2026
61
18:09 / 06 Avqust 2026
47
17:55 / 06 Avqust 2026
61
17:35 / 06 Avqust 2026
52
17:15 / 06 Avqust 2026
83
16:55 / 06 Avqust 2026
73
16:40 / 06 Avqust 2026
83
16:15 / 06 Avqust 2026
103
16:15 / 06 Avqust 2026
84
15:55 / 06 Avqust 2026
76
15:53 / 06 Avqust 2026
101
15:45 / 06 Avqust 2026
106
15:30 / 06 Avqust 2026
75
15:15 / 06 Avqust 2026
90
14:59 / 06 Avqust 2026
101
14:58 / 06 Avqust 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.