Xanım Sultanova yüksək vəzifəyə təyin edildi
06 Avqust 2026, 19:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
116
05.08.2026, 13:20
Qalxanvari vəzin funksiyasının pozulması müasir dövrdə ən çox rast gəlinən endokrinoloji problemlərdən biridir. Xüsusilə qan analizində TSH (tirotrop hormon) göstəricisinin yüksək çıxması orqanizmdə vəzin kifayət qədər hormon istehsal etmədiyini, yəni hipotireoz halının yarandığını göstərir. Vaxtında düzgün müdaxilə olunmadıqda bu vəziyyət xroniki yorğunluq, çəki artımı və maddələr mübadiləsinin kəskin zəifləməsinə gətirib çıxarır. Bir çox hallarda pasiyentlərə dərhal süni hormon tərkibli preparatlar təyin olunsa da, vəzin öz fəaliyyətini təbii yolla bərpa etmək imkanları da mövcuddur. Bunun üçün ilk növbədə dəqiq laborator müayinələr aparılmalı və vəzin tənbəlləşməsinin kökündə duran səbəblər müəyyən edilməlidir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən mütəxəssis, həkim-fitoterapevt Füzuli Hüseynov TSH göstəricisi yüksək olan şəxslərə vacib tövsiyələr verərək bərpa üsullarını açıqlayıb:
"Əgər qanda TSH dəyəri yüksəlibsə, bu, qalxanvari vəzin tənbəlliyindən — hipotireozdan xəbər verir. Lakin dərhal müalicəyə başlamazdan əvvəl mütləq Anti-TG və Anti-TPO analizləri verilməlidir. Əgər bu antitellərdə hər hansı yüksəlmə yoxdursa və göstəricilər norma daxilindədirsə, təbii vasitələrdən istifadə etmək mümkündür”.
Onun sözlərinə görə, bunun ən effektiv yollarından biri dəniz kələmidir. Hər gün 1 çay qaşığı dəniz kələmi qəbul edilə bilər:
“Nəzərə almaq lazımdır ki, dəniz kələmi dəmlənmir; onu soyuq və ya ılıq suya qarışdırıb içmək, salatlara əlavə etmək və ya birbaşa qəbul edib üstündən su içmək olar. Dəniz kələmi tərkibindəki yodu orqanizmə təbii şəkildə mənimsədir və bədən tərəfindən rahat həzm olunur”.
Həkim qeyd edib ki, adətən, TSH yüksələndə həkimlər tərəfindən 'L-tiroksin' tərkibli dərmanlar (25, 50, 100, 150 mkg) təyin edilir. Bu preparatlar qalxanvari vəzin görə bilmədiyi işi süni şəkildə əvəz edir. Lakin həmin dərmanları uzun müddət qəbul etdikdə qalxanvari vəz yavaş-yavaş büzüşür və təxminən 90-100% hallarda tamamilə fəaliyyətdən düşür. Bizim əsas məqsədimiz isə süni hormon vermək yox, vəzin özünü çalışdırmaq və aktivləşdirməkdir.
Həkim əlavə edib ki, qalxanvari vəzi stimullaşdırmaq üçün digər effektiv üsul isə zəli terapiyasıdır. Həftədə 1-2 dəfə qalxanvari vəz nahiyəsinə cəmi 1 ədəd zəli qoyulması həmin hissəni qıcıqlandıraraq vəzin yenidən işləməsinə və fəaliyyətini bərpa etməsinə kömək edir.
19:30 / 06 Avqust 2026
1
19:09 / 06 Avqust 2026
19
19:05 / 06 Avqust 2026
29
18:47 / 06 Avqust 2026
290
18:45 / 06 Avqust 2026
53
18:41 / 06 Avqust 2026
43
18:40 / 06 Avqust 2026
104
18:34 / 06 Avqust 2026
61
18:09 / 06 Avqust 2026
47
17:55 / 06 Avqust 2026
61
17:35 / 06 Avqust 2026
52
17:15 / 06 Avqust 2026
83
16:55 / 06 Avqust 2026
73
16:40 / 06 Avqust 2026
83
16:15 / 06 Avqust 2026
103
16:15 / 06 Avqust 2026
84
15:55 / 06 Avqust 2026
76
15:53 / 06 Avqust 2026
101
15:45 / 06 Avqust 2026
106
15:30 / 06 Avqust 2026
75
15:15 / 06 Avqust 2026
90
14:59 / 06 Avqust 2026
101
14:58 / 06 Avqust 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.