Xanım Sultanova yüksək vəzifəyə təyin edildi
06 Avqust 2026, 19:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
316
04.08.2026, 16:55
Ali təhsilə çıxış imkanlarının genişləndirilməsi məqsədilə qəbul qaydalarında yeni dəyişikliklər edilib. 150 balla qəbul mümkün olan ixtisasların sayının artırılması abituriyentlər üçün əlavə imkanlar yaratsa da, bu addım təhsilin keyfiyyəti və gələcək kadr hazırlığı ilə bağlı müzakirələrə səbəb olub. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib ki, bu bal tələbi ilə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsində iştirak etmək mümkündür:
“Dövlət sifarişi əsasında ayrılmış yerlər üzrə isə abituriyentlərin ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə minimum 100 olmalıdır.
I ixtisas qrupu üzrə 150 balla meliorasiya mühəndisliyi, texnologiya müəllimliyi və ekologiya mühəndisliyi ixtisaslarına qəbul mümkündür.
Bundan başqa, 2026-cı ildən kompüter mühəndisliyi, informasiya texnologiyaları, qida mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, mexanika mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisasları da bu siyahıya əlavə edilib”.
DİM sədri qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, aqromühəndislik, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın kadastrı, həmçinin zoomühəndislik ixtisaslarında həm dövlət sifarişi, həm də ödənişli əsaslarla 150 ballıq müsabiqədə iştirak mümkündür:
“II ixtisas qrupu üzrə marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkili ixtisaslarına 150 balla qəbul mümkündür. 2026-cı ildən etibarən mühasibat, dövlət və bələdiyyə idarəetməsi, maliyyə, iqtisadiyyat, menecment, beynəlxalq ticarət və logistika, eləcə də nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisasları da bu siyahıya daxil edilib.
III ixtisas qrupu üzrə muzey, arxiv işi və abidələrin qorunması, sosial iş və regionşünaslıq (regionlar üzrə) ixtisaslarında ödənişli əsaslarla qəbul üçün minimum bal tələbi 150-dir”.
Məleykə Abbaszadə bildirib ki, IV ixtisas qrupu üzrə ekologiya ixtisasına ödənişli əsaslarla 150 balla qəbul mümkündür: “Bundan əlavə, bağçılıq və tərəvəzçilik, baytarlıq təbabəti, bitki mühafizəsi, su bioehtiyatları və akvakultura ixtisaslarında həm dövlət sifarişi, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər”.
Mövzu ilə bağlı Oxu24.com-a danışan təhsil eksperti Səbuhi Abdullayev bildirib ki, 150 balla qəbulu mümkün olan ödənişli ixtisasların sayının artırılması ali təhsilə çıxışı genişləndirmək məqsədi daşıyır. Onun fikrincə, bu addım eyni zamanda xaricdə təhsil almağa üstünlük verən abituriyentlərin sayının azalmasına da təsir edə bilər:
“Çünki kifayət qədər abituriyent attestatla Türkiyə, Gürcüstan və digər ölkələrin universitetlərinə qəbul olur, bunun üçün böyük məbləğdə vəsait xərcləyir və nəticədə həmin maliyyə ölkədən kənara çıxır. Bunun qarşısını almaq üçün müəyyən addımların atılması zəruri idi. Təhsil naziri də dəfələrlə qeyd edib ki, universitetə qəbul asanlaşdırılmalı, lakin ali məktəbi bitirmək daha tələbkar meyarlarla həyata keçirilməlidir. Doğrudur, bu yanaşma bir tərəfdən abituriyentlər və valideynlər üçün ali təhsilə çıxışı asanlaşdırır. Digər tərəfdən isə peşəkar kadr hazırlığı baxımından müəyyən suallar yaradır”.
Təhsil eksperti hesab edir ki, bu qərarın əsas məqsədi peşəkar kadr hazırlamaqdan daha çox, gənclərin ali təhsil almasını təmin etməkdir:
“Təbii ki, həmin ixtisaslarda yüksək balla qəbul olunan tələbələrin peşəkar kadr kimi formalaşmaq imkanları daha geniş olacaq. Bununla belə, 150 balla qəbul olunanlar arasında da sonradan öz üzərində çalışan, universitetdə yüksək nəticələr göstərən və peşəkar mütəxəssis kimi yetişən gənclər olacaq. Məsələyə yalnız qəbul balı ilə qiymət vermək düzgün deyil. Tələbənin universitetdəki fəaliyyəti, biliyini artırmaq istəyi və özünü inkişaf etdirməsi də gələcək peşəkarlığın formalaşmasında mühüm rol oynayır”.
Bəs aşağı qəbul balı ilə universitetə daxil olan şəxslərin gələcəkdə əmək bazarında rəqabət qabiliyyəti necə olacaq?
İnsan resursları üzrə ekspert İlkin Məcidov Oxu24.com-a açıqlamasında bildirib ki, müasir əmək bazarında işəgötürənlərin böyük əksəriyyəti artıq namizədin universitetə qəbul zamanı topladığı baldan daha çox onun real bilik, bacarıq və iş nəticələrinə diqqət yetirir:
“Qəbul balı yalnız ali təhsilə giriş mərhələsinin göstəricisidir və insanın gələcək peşəkarlığını tam müəyyən etmir. Təcrübədə bunun çox nümunəsini görürük. Yüksək balla universitetə daxil olub əmək bazarında gözlənilən nəticəni göstərməyən şəxslər olduğu kimi, nisbətən aşağı balla qəbul olub sonradan özünü peşəkar mühəndis, proqramçı, maliyyəçi və ya menecer kimi təsdiqləyən mütəxəssislər də kifayət qədərdir”.
HR mütəxəssisi qeyd edib ki, bu gün əmək bazarında əsas üstünlük analitik düşüncə, problem həll etmə, rəqəmsal bacarıqlar, ünsiyyət, xarici dil bilikləri, komandada işləmək, öyrənmə çevikliyi və praktik təcrübəyə verilir:
“İşə qəbul zamanı müsahibələr, səriştə əsaslı qiymətləndirmələr, praktiki tapşırıqlar və sınaq müddətində göstərilən nəticələr qəbul balından daha obyektiv meyar hesab olunur.
150 balla ali məktəbə qəbul olan bir şəxsin peşəkar kadr olub-olmaması onun universitetdə təhsilə yanaşmasından, özünü inkişaf etdirmək istəyindən, təcrübə qazanmasından və davamlı öyrənməsindən asılıdır. Yəni peşəkarlığı qəbul balı deyil, sonrakı illərdə əldə olunan kompetensiyalar və göstərilən nəticələr müəyyən edir. Əmək bazarında uzunmüddətli uğur qazanan mütəxəssisləri fərqləndirən əsas amil də məhz budur”.
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq " elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda hazırlanıb.
Mehin Mehmanqızı
19:30 / 06 Avqust 2026
1
19:09 / 06 Avqust 2026
19
19:05 / 06 Avqust 2026
29
18:47 / 06 Avqust 2026
290
18:45 / 06 Avqust 2026
53
18:41 / 06 Avqust 2026
43
18:40 / 06 Avqust 2026
104
18:34 / 06 Avqust 2026
61
18:09 / 06 Avqust 2026
47
17:55 / 06 Avqust 2026
61
17:35 / 06 Avqust 2026
52
17:15 / 06 Avqust 2026
83
16:55 / 06 Avqust 2026
73
16:40 / 06 Avqust 2026
83
16:15 / 06 Avqust 2026
103
16:15 / 06 Avqust 2026
84
15:55 / 06 Avqust 2026
76
15:53 / 06 Avqust 2026
101
15:45 / 06 Avqust 2026
106
15:30 / 06 Avqust 2026
75
15:15 / 06 Avqust 2026
90
14:59 / 06 Avqust 2026
101
14:58 / 06 Avqust 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.