8 Noyabr prospektində təmir aparılacaq - Sürücülərin nəzərinə!
13 Sentyabr 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
932
23.07.2026, 11:31
Bloger Tural Sadıqlı Azərbaycana qayıtmaqla bağlı eyham vursa da, barəsində bir sıra ağır cinayət maddələri ilə qiyabi həbs qətimkan tədbiri seçilib və hazırda axtarışdadır. Xaricdə yaşayan blogerin Azərbaycana qayıdacağı və istintaqla əməkdaşlıq edəcəyi təqdirdə hansı hüquqi prosedurlarla üzləşəcəyi maraq doğurur.
Qanunvericiliyə əsasən, bu halda onu hansı proses gözləyir?
Oxu24.com bildirir ki, globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, ona qarşı irəli sürülən maddələrin bəziləri üzrə amnistiya və ya digər hüquqi güzəştlərin tətbiqi mümkün ola bilər:
“Məsələn, cinayətin ağırlıq dərəcəsindən və törədilmə müddətindən asılı olaraq, müddətin keçməsi ilə bağlı hüquqi əsaslar yarana bilər. Həmçinin sənəd saxtalaşdırılması ilə bağlı epizod üzrə də hüquqi qiymətləndirmədən asılı olaraq müəyyən qərarların verilməsi mümkündür. Eyni zamanda, Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan əməl bəzi hallarda zərərin ödənilməsi və ya tərəflərin barışması nəticəsində hüquqi baxımdan fərqli qiymətləndirilə bilər. Bu baxımdan həmin maddələr üzrə müxtəlif hüquqi yanaşmalar mümkündür”.
Vəkilin sözlərinə görə, digər ittihamlar daha ağır xarakter daşıyır:
“Məsələn, kütləvi iğtişaşların təşkili və ya onlarda iştirak, vətəndaşlara qarşı zorakılıq, yaxud bu kimi əməllərə açıq çağırışlarla bağlı maddələr üzrə məsuliyyətdən yayınmaq o qədər də real görünmür. Bu ittihamlar üzrə hüquqi məsuliyyət məsələsi, böyük ehtimalla, öz aktuallığını saxlayacaq. Ümumilikdə hesab edirəm ki, bəzi maddələr üzrə hüquqi güzəştlərin tətbiqi mümkün olsa da, digər, daha ağır ittihamlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq hüquqi tədbirlər görülə bilər. Eyni zamanda, Tural Sadıqlının barəsində başlanmış cinayət işi onun xaricə ekstradisiyası və ya Azərbaycana təhvil verilməsi məsələsinə baxılarkən hüquqi əsas kimi qiymətləndirilə biləcək amillərdən biridir”.
Qeyd edək ki, Tural Sadıqlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə təqsirləndirilir: Maddə 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar – dəfələrlə və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) Maddə 220.2 (Kütləvi iğtişaşlar – kütləvi iğtişaşlarda və ya vətəndaşlara qarşı zorakılıq etməkdə iştirak etməyə çağırışlar etmə və ya bu cür çağırışları yayma) Maddə 178.1 (Dələduzluq – xeyli miqdarda ziyan vurmaqla başqasının əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) Maddə 320.1 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma, yaxud saxta sənədlərdən istifadə etmə) Maddə 34.2 (Cinayətdə iştirakçılığın növləri – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət törətmə) Maddə 12.1 (Cinayət məsuliyyətinin əsasları – Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş Azərbaycan Respublikası vətəndaşlarının cinayət məsuliyyəti) ilə ittiham olunur.
00:51 / 13 Sentyabr 2026
24
00:35 / 13 Sentyabr 2026
132
00:14 / 13 Sentyabr 2026
312
00:06 / 13 Sentyabr 2026
149
23:49 / 12 Sentyabr 2026
62
23:38 / 12 Sentyabr 2026
116
23:34 / 12 Sentyabr 2026
63
23:31 / 12 Sentyabr 2026
58
22:35 / 12 Sentyabr 2026
65
22:31 / 12 Sentyabr 2026
59
22:26 / 12 Sentyabr 2026
92
22:25 / 12 Sentyabr 2026
130
22:22 / 12 Sentyabr 2026
76
22:14 / 12 Sentyabr 2026
79
22:13 / 12 Sentyabr 2026
581
22:02 / 12 Sentyabr 2026
290
21:52 / 12 Sentyabr 2026
146
21:34 / 12 Sentyabr 2026
286
21:25 / 12 Sentyabr 2026
1588
21:20 / 12 Sentyabr 2026
70
21:14 / 12 Sentyabr 2026
79
21:05 / 12 Sentyabr 2026
67
20:48 / 12 Sentyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.