4 şəhərimizdəki hava limanlarının koordinatlarını SEPAH-a kim ötürüb? – ŞOK AD
09 Noyabr 2026, 16:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
669
22.07.2026, 19:11
Su gündəlik hayatımızda ən vacib və imtina edilməz tələbat vasitələrindən biridir. Lakin təchizatçı qurumlarla istehlakçılar arasında vaxtaşırı kommunal ödənişlər və ya xidmətin dayandırılması ilə bağlı müəyyən anlaşılmazlıqlar ortaya çıxır. Çox vaxt vətəndaşlar suyun hansı şərtlər daxilində, necə və nə vaxt kəsilə biləcəyi barədə kifayət qədər hüquqi məlumata sahib olmurlar.
Bu da bəzən mənzil mülkiyyətçilərinin öz hüquqlarını effektiv şəkildə qoruya bilməməsinə və ya əsassız müdaxilələrlə üzləşməsinə gətirib çıxarır. Mövzunun aktuallığını nəzərə alaraq,su təchizatının dayandırılmasının hüquqi tərəflərini və abonentlərin hüquqlarını mütəxəssis rəyi ilə diqqətinizə çatdırırıq.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, suyun verilməsinin dayandırılması əsasları Nazirlər Kabinetinin təsdiq etdiyi “Sudan istifadə Qaydaları”nın 8-ci bəndi və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
“Mütləq 1 ay öncədən xəbərdarlıq edilməlidir”
Vəkilin sözlərinə görə, qanunvericiliyə əsasən, abonentə suyun kəsilməsi ilə bağlı mütləq qaydada 1 ay öncədən xəbərdarlıq olunmalıdır:
"Su təchizatı müəssisəsi tərəfindən su haqqı təqdim edildikdən sonra 1 ay ərzində istehlakçı tərəfindən ödəniş edilmədikdə, müəssisənin suyun verilməsini dayandırmaq hüququ yaranır. Lakin burada ən mühüm məqam odur ki, su təchizatı müəssisəsi xəbərdarlığın həqiqətən də istehlakçıya çatdığına əmin olmalıdır”.
Xəbərdarlıq abonentə hansı yollarla çatdırıla bilər?
Turan Abdullazadə qeyd edib ki, xəbərdarlıq bildirişi aşağıdakı vasitələrlə təqdim edilə bilər:
•Poçt və rabitə göndərişləri vasitəsilə;
•Kütləvi informasiya vasitələri (KİV) ilə;
•Su təchizatı zonasında səsgücləndiricilər vasitəsilə.
İstehlakçı bildirişi aldıqdan sonra da tələbləri yerinə yetirməzsə, su təchizatı müəssisəsi obyekti ümumi şəbəkədən ayıra və ya məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər.
Turan Abdullazadə vurğulayıb ki, öncədən xəbərdarlıq edilmədən suyun dərhal kəsilməsinə yalnız bir istisna halda icazə verilir:
”Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda — Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) göstərişləri əsasında suyun verilməsi dərhal dayandırıla bilər”.
Çimnaz Telmanqızı
17:14 / 09 Noyabr 2026
9
16:56 / 09 Noyabr 2026
102
16:53 / 09 Noyabr 2026
137
16:43 / 09 Noyabr 2026
72
16:37 / 09 Noyabr 2026
87
16:32 / 09 Noyabr 2026
64
16:28 / 09 Noyabr 2026
73
16:25 / 09 Noyabr 2026
166
16:23 / 09 Noyabr 2026
100
16:19 / 09 Noyabr 2026
113
16:06 / 09 Noyabr 2026
236
15:54 / 09 Noyabr 2026
600
15:49 / 09 Noyabr 2026
89
15:47 / 09 Noyabr 2026
216
15:45 / 09 Noyabr 2026
320
15:40 / 09 Noyabr 2026
1515
15:34 / 09 Noyabr 2026
84
15:23 / 09 Noyabr 2026
112
15:13 / 09 Noyabr 2026
129
15:05 / 09 Noyabr 2026
718
15:00 / 09 Noyabr 2026
141
14:58 / 09 Noyabr 2026
105
14:55 / 09 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.