Elektromobil alanlar peşman olur? — Maşın ustası CAVABLANDIRDI
09 Noyabr 2026, 18:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
437
20.07.2026, 16:59
Son günlər media və sosial şəbəkə platformalarında Gülbadə Abdullayevanın müvafiq sertifikasiya şəhadətnaməsi olmadan həkim kimi fəaliyyət göstərməsi, eləcə də, “UĞUR-777” estetik mərkəzində qanunsuz tibbi fəaliyyətin aparılmasına dair məlumat və videogörüntülər yayılıb.
Oxu24.com xəbər verir ki, Baş Prokurorluğun yaydığı məlumatda məlumat yayıb qeyd olunan faktların Nəsimi Rayon Prokurorluğunda araşdırılaraq cinayət işi başlanıb.
İbtidai istintaq zamanı toplanmış mötəbər sübutlar əsasında Xəyalə İsmayılovanın Cinayət Məcəlləsinin 131.2, 139-1.2, 142.2, 309.2, 310 və 322.1-ci, Müşfiq Bağırovun 131.2, 139-1.2, 32.5, 309.2, 310 və 322.1-ci, Rəna Quliyevanın isə 142.2, 32.5, 309.2, 310 və 322.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmələri təmin edilib.
Cinayət işi üzrə ittiham aktı 22 aprel 2026-cı il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə baxışı davam etdirilir.
Sözügedən cinayət işi üzrə Gülbadə Abdullayeva barəsində Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə cinayət təqibinə “Konstitusiyaya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının tətbiqi ilə əlaqədar xitam verilib.
Habelə, aparılmış istintaqla onun əməllərində Cinayət Məcəlləsinin 142.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri müəyyən edilməyib.
Bununla yanaşı, Gülbadə Abdullayeva tərəfindən zərərçəkmiş şəxsə vurulmuş 2 min manat məbləğində maddi ziyan, habelə dövlət büdcəsinə ödənilməli olan 5 yüz manat məbləğin tam həcmdə ödətdirilməsi təmin olunub.
Eyni zamanda, G.Abdullayeva barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 və 428.1-ci maddələri ilə inzibati xəta haqqında icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə müvafiq dövlət orqanlarına göndərilib və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunub.
Baş Prokurorluq bir daha bildirir ki, vətəndaşların həyat və sağlamlığına təhlükə yaradan qanunsuz tibbi fəaliyyət halları ilə bağlı daxil olan bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırılır, hər bir fakt üzrə hüquqi qiymət toplanmış sübutlar əsasında verilir.
18:25 / 09 Noyabr 2026
1
18:14 / 09 Noyabr 2026
36
18:02 / 09 Noyabr 2026
123
17:57 / 09 Noyabr 2026
66
17:56 / 09 Noyabr 2026
39
17:55 / 09 Noyabr 2026
79
17:38 / 09 Noyabr 2026
169
17:36 / 09 Noyabr 2026
96
17:22 / 09 Noyabr 2026
158
17:14 / 09 Noyabr 2026
99
16:56 / 09 Noyabr 2026
733
16:53 / 09 Noyabr 2026
463
16:43 / 09 Noyabr 2026
207
16:37 / 09 Noyabr 2026
167
16:32 / 09 Noyabr 2026
119
16:28 / 09 Noyabr 2026
99
16:25 / 09 Noyabr 2026
326
16:23 / 09 Noyabr 2026
189
16:19 / 09 Noyabr 2026
154
16:06 / 09 Noyabr 2026
826
15:54 / 09 Noyabr 2026
1450
15:49 / 09 Noyabr 2026
106
15:47 / 09 Noyabr 2026
281
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.