Elektromobil alanlar peşman olur? — Maşın ustası CAVABLANDIRDI
09 Noyabr 2026, 18:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
285
20.07.2026, 16:02
Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödənişlər və elektron ticarət ekosistemi olan "Bir", Çinin aparıcı ödəniş sistemi “UnionPay”in beynəlxalq törəmə şirkəti “UnionPay International” ilə strateji tərəfdaşlığa başlayıb. Əməkdaşlıq nəticəsində “UnionPay” kart sahibləri ölkədə daha geniş ödəniş imkanlarından yararlana biləcək, Azərbaycanın qlobal ödəniş infrastrukturuna inteqrasiyası isə daha da güclənəcək.
Tərəfdaşlığın ilk mərhələsi artıq uğurla başa çatıb. Artıq “UnionPay” kart sahibləri Bir ekosisteminə daxil olan "Birbank"ın 1300-ə yaxın bankomatında vəsaitini nağdlaşdıra, eyni zamanda 1000-dən artıq onlayn ticarət nöqtəsində təhlükəsiz və rahat ödəniş həyata keçirə bilərlər.
Layihənin növbəti mərhələsində “UnionPay” kartlarının qəbulu Birbank-ın POS-terminal şəbəkəsində də təmin ediləcək. Bununla da “UnionPay” kart sahibləri ölkə üzrə minlərlə fiziki ticarət nöqtəsində kontaktsız və PIN vasitəsilə ödəniş etmək imkanı qazanacaq. Həmçinin, Birbank istifadəçiləri də “UnionPay” kartlarına pul köçürmələrini həyata keçirə biləcəklər. Layihənin tam icrasından sonra Bir ekosistemi “UnionPay” kartlarının bütün əsas akvayrinq kanalları – bankomatlar, elektron ticarət, POS terminalları və mobil POS cihazları üzrə qəbulunu təmin edərək Azərbaycanda ən geniş beynəlxalq kart qəbulu infrastrukturlarından birinə sahib olacaq.
Bu əməkdaşlıq Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən regional ticarət, turizm və biznes mərkəzi kimi rolunun gücləndiyi bir dövrə təsadüf edir. “UnionPay” kartlarının ölkədə daha geniş qəbul edilməsi milyonlarla xarici ziyarətçinin Azərbaycanda rahat və təhlükəsiz ödəniş etməsinə imkan yaradacaq. Bununla yanaşı, yerli sahibkarlar əlavə texniki inteqrasiyaya ehtiyac olmadan daha geniş qlobal müştəri auditoriyasına xidmət göstərə biləcəklər.
"Bir"in Ödənişlər biznesinin rəhbəri Cəlal Orucov bildirib: “Bu gün insanlar başqa ölkəyə gedəndə istifadə etdikləri kartın hər yerdə problemsiz işləməsini gözləyirlər. Rəqəmsal imkanların genişləndiyi dövrdə bu, artıq əlavə üstünlük deyil, standart gözləntidir. Biz də Bir olaraq beynəlxalq ödəniş şəbəkələri ilə əməkdaşlıqlarımızı məhz bu gözləntini qarşılamaq üçün genişləndiririk. “UnionPay”lə tərəfdaşlıq həm ölkəmizə gələn kart sahibləri üçün ödənişləri daha rahat edir, həm də yerli bizneslərə daha geniş beynəlxalq auditoriyaya çıxış imkanı yaradır".
Tərəfdaşlığın beynəlxalq əhəmiyyətini vurğulayan “UnionPay International”ın baş icraçı direktoru Van Lisin (Wang Lixin) isə bildirib: “Azərbaycan bizim üçün əhəmiyyətli bazarlardan biridir və Bir ilə əməkdaşlığımız ölkənizdə UnionPay kart sahiblərinə daha rahat xidmət almağa imkan verir. Əməkdaşlığın ilk nəticələri artıq istifadəçilər üçün əlçatandır və növbəti mərhələlərdə bu imkanları daha da genişləndirəcəyik. Bir-lə uzunmüddətli tərəfdaşlığımızın hər iki tərəf üçün dəyər yaradacağına inanırıq”.
Bir haqqında
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az
18:25 / 09 Noyabr 2026
1
18:14 / 09 Noyabr 2026
36
18:02 / 09 Noyabr 2026
123
17:57 / 09 Noyabr 2026
66
17:56 / 09 Noyabr 2026
39
17:55 / 09 Noyabr 2026
79
17:38 / 09 Noyabr 2026
169
17:36 / 09 Noyabr 2026
96
17:22 / 09 Noyabr 2026
158
17:14 / 09 Noyabr 2026
99
16:56 / 09 Noyabr 2026
733
16:53 / 09 Noyabr 2026
463
16:43 / 09 Noyabr 2026
207
16:37 / 09 Noyabr 2026
167
16:32 / 09 Noyabr 2026
119
16:28 / 09 Noyabr 2026
99
16:25 / 09 Noyabr 2026
326
16:23 / 09 Noyabr 2026
189
16:19 / 09 Noyabr 2026
154
16:06 / 09 Noyabr 2026
826
15:54 / 09 Noyabr 2026
1450
15:49 / 09 Noyabr 2026
106
15:47 / 09 Noyabr 2026
281
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.