1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
676
09.06.2026, 23:36
Bir çox insan gördüyü qəribə yuxuların gələcəklə bağlı işarələr verdiyini düşünsə də, elm yuxuların öncəgörmə qabiliyyətinə malik olduğunu təsdiqləmir. Bununla belə, alimlər yuxuların yaranmasını izah edən bir neçə fərqli nəzəriyyə irəli sürüblər.
Ən geniş yayılmış nəzəriyyələrdən biri yuxuların emosiyaların emalına kömək etməsidir.
Oxu24.com xəbər verir ki ,bu yanaşmaya görə, beyin gün ərzində yaşanan hadisələri və hissləri təhlil edir, onları müəyyən qaydada sıralayır. Nəticədə yuxular insanın stress və narahatlıq səviyyəsinin azalmasına yardım edə bilər.
İkinci nəzəriyyə yaddaşın möhkəmləndirilməsi ilə bağlıdır. Alimlər hesab edirlər ki, yuxu zamanı gün ərzində əldə edilən məlumatlar qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa ötürülür. Məhz buna görə də yaxşı yuxudan sonra insanlar öyrəndikləri məlumatları daha asan xatırlaya bilirlər. Məsələn, imtahan öncəsi normal yuxu yaddaşın fəaliyyətinə müsbət təsir göstərir.
Üçüncü nəzəriyyə isə təhlükələrin məşq etdirilməsi ideyasına əsaslanır. Bu yanaşmaya görə, beyin yuxu zamanı müxtəlif təhlükəli vəziyyətləri canlandıraraq insanı real həyatda mümkün risklərə hazırlayır. Qorxulu yuxuların da təkamül prosesində formalaşmış bir növ "təlim mexanizmi" olduğu ehtimal edilir.
Digər bir fərziyyəyə əsasən isə yuxuların xüsusi funksiyası yoxdur. Bu nəzəriyyəyə görə, yuxular sadəcə beynin fəaliyyəti nəticəsində yaranan təsadüfi görüntülər və düşüncələr toplusudur.
Beyin kompüter kimi fon rejimində işləyir, müxtəlif siqnallar yaradır və insan sonradan bu qarışıq məlumatlardan məna çıxarmağa çalışır. Bu yanaşma yuxuların niyə bəzən məntiqsiz və qarışıq görünməsini izah edir.
Mütəxəssislər yuxulardan müəyyən mənada faydalanmağın mümkün olduğunu bildirirlər. Bunun üçün yuxu gündəliyi aparmaq tövsiyə olunur. Təkrarlanan yuxular və süjetlər insanın həll olunmamış problemlərinə və ya daxili narahatlıqlarına işarə edə bilər.
Məsələn, tez-tez hündürlükdən yıxıldığını görən insanlar həyatlarında nəzarəti itirmək qorxusu yaşayırlar. Bununla belə, alimlər yuxu yozumlarına və ümumi yuxu kitablarına kor-koranə inanmağı məsləhət görmürlər, çünki hər bir yuxunun mənası fərdi xüsusiyyətlərdən asılıdır.
Araşdırmalar göstərir ki, əslində bütün insanlar yuxu görür. Sadəcə bəzi insanlar onları xatırlamırlar. Orta hesabla insan gecə ərzində 4-6 dəfə yuxu görür. Lakin oyandığı an sürətli göz hərəkətləri mərhələsinə (REM yuxusu) təsadüf etmədikdə, gördüyü yuxuları yadda saxlamır.
Yuxularla bağlı ən məşhur miflərdən biri də yuxuda yıxılmağın təhlükəli olmasıdır. Mütəxəssislər bildirirlər ki, bu doğru deyil. İnsan yuxuda yıxıldığını hiss edib qəfil oyana bilər. Bu hal hipnaqoji sıçrayış adlanır və normal fizioloji reaksiyadır.
Bəzi tədqiqatlar təkrarlanan kabusların müəyyən xəstəliklərin diaqnozundan aylar əvvəl ortaya çıxa biləcəyini göstərsə də, alimlər bunun gələcəyi görmək anlamına gəlmədiyini vurğulayırlar. Belə hallar daha çox orqanizmdə baş verən gizli dəyişikliklərə beynin reaksiyası kimi qiymətləndirilir./lent.az
00:03 / 22 Avqust 2026
32
23:49 / 21 Avqust 2026
51
23:00 / 21 Avqust 2026
58
22:39 / 21 Avqust 2026
58
22:25 / 21 Avqust 2026
67
22:11 / 21 Avqust 2026
73
21:57 / 21 Avqust 2026
85
21:30 / 21 Avqust 2026
76
20:56 / 21 Avqust 2026
80
20:52 / 21 Avqust 2026
68
20:14 / 21 Avqust 2026
81
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
96
19:08 / 21 Avqust 2026
173
18:46 / 21 Avqust 2026
102
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
116
17:59 / 21 Avqust 2026
101
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
106
17:10 / 21 Avqust 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.