Evdə stress yaradan 5 şey
10 Noyabr 2026, 22:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
558
09.06.2026, 22:41
Ötən həftə ən prestijli ixtisasların cəmləşdiyi I və IV ixtisas qrupları üzrə blok imtahanı keçirildi. Hər il ən az bir nəfərin 600-dən çox bal toplamasına baxmayaraq istədiyi ixtisasa daxil ola bilmədiyi üçün növbəti il yenidən hazırlaşdığı bu qrupların imtahanında bu il imtahanda “suallar çətin idi” kimi fikirlər səslənmədi. Görünən odur ki, imtahanda istifadə olunan tapşırıqlar abituriyentlərin gözləntiləri səviyyəsində olub.
Bəs görəsən, bu amil ballara təsir edəcəkmi? Ümumiyyətlə, IV ixtisas qrupunun ən yüksək ballı ixtisaslarından olan tibbdə bu il ballar enəcək, yoxsa qalxacaq?
Oxu24.com xəbər verir ki ,təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) Lent.az-a bildirib ki, bu il abituriyentlər müəyyən qədər yüksək bal toplasalar, prestijli ixtisaslara qəbul olma şansları formalaşa bilər:
“I və IV ixtisas qrupları üzrə imtahan verən abituriyentlər arasında apardığımız sorğuya əsasən onu deyə bilərəm ki, imtahan normal keçib. Yalnız bəzi abituriyentlər I qrupda riyaziyyat və qismən informatikadan, IV qrupda isə əsasən, fizika fənnində bir qədər çətinlik olduğunu dilə gətirdilər. Ümumilikdə isə, yaxşı nəticələr əldə edə abituriyentlər çoxdur.
Ancaq ötənilki buraxılış və blok imtahanı göstəricilərinin ümumi mənzərəsinə baxanda, bu il toplanan balların bir qədər aşağı olduğunu görürük. Lakin bununla belə, ikinci cəhd blok imtahanından sonra da I və IV ixtisas qruplarının prestijli ixtisaslarında keçid ballarının enəcəyini düşünmürəm. Çünki hər zaman növbəti cəhddə abituriyentlər daha yüksək bal toplayırlar. Əlbəttə, bu da keçid ballarına təsir edir.
Ümumi gözləntimiz ondan ibarətdir ki, bu il abituriyentlər müəyyən qədər yüksək bal toplasalar, prestijli ixtisaslara qəbul olma şansları formalaşa bilər. Məsələn, ötən il 626 balla Tibb Universitetinə daxil olanlar bu il 605-610 bal aralığında həmin fakültəyə qəbul ola bilərlər”.
22:30 / 10 Noyabr 2026
19
22:27 / 10 Noyabr 2026
22
22:19 / 10 Noyabr 2026
22
22:04 / 10 Noyabr 2026
94
21:55 / 10 Noyabr 2026
345
21:51 / 10 Noyabr 2026
75
21:49 / 10 Noyabr 2026
139
21:46 / 10 Noyabr 2026
132
21:44 / 10 Noyabr 2026
82
21:40 / 10 Noyabr 2026
80
21:33 / 10 Noyabr 2026
18629
21:19 / 10 Noyabr 2026
100
21:12 / 10 Noyabr 2026
115
21:10 / 10 Noyabr 2026
378
20:56 / 10 Noyabr 2026
98
20:54 / 10 Noyabr 2026
452
20:46 / 10 Noyabr 2026
113
20:35 / 10 Noyabr 2026
129
20:17 / 10 Noyabr 2026
112
20:10 / 10 Noyabr 2026
1350
19:59 / 10 Noyabr 2026
115
19:58 / 10 Noyabr 2026
111
19:52 / 10 Noyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.