Kəlbəcərdə ayılar kəndə hücum etdilər: Təsərrüfata ciddi ziyan dəydi - Video
11 Noyabr 2026, 23:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
12633
09.05.2026, 11:42
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası etibarsız nikahın sonradan etibarlı hesab olunması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Oxu24.com xəbər verir ki, iş materiallarına görə, iddiaçı atası ilə cavabdeh arasında 3 aprel 1976-cı ildə bağlanmış nikahın etibarsız sayılmasını tələb edib. O bildirib ki, atası həmin vaxt onun anası ilə 15 sentyabr 1974-cü ildə bağlanmış və hələ qüvvədə olan nikahda olub. İddiaçının valideynlərinin nikahı yalnız 19 iyun 2004-cü ildə pozulub.
Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, apellyasiya instansiyası bu qərarı ləğv edib və iddianı rədd edib. Məhkəmə qeyd edib ki, həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinə əsasən, nikahın bağlanmasına mane olan hal sonradan aradan qalxarsa, məhkəmə həmin nikahı etibarlı hesab edə bilər.
Apellyasiya məhkəməsi hesab edib ki, iddiaçının valideynlərinin nikahı 2004-cü ildə pozulduqdan sonra mübahisələndirilən nikahın qarşısındakı hüquqi maneə aradan qalxıb. Buna görə də iddiaçının atası ilə cavabdeh arasında 1976-cı ildə bağlanmış nikah etibarlı hala gəlib.
Məhkəmə həmçinin vurğulayıb ki, həmin nikahın etibarsız sayılması uşaqların hüquqlarına, o cümlədən vərəsəlik hüququna təsir etmir.
Kassasiya instansiyası da bu mövqe ilə razılaşıb və iddiaçının kassasiya şikayətini təmin etməyərək apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
23:24 / 11 Noyabr 2026
1
23:18 / 11 Noyabr 2026
27
23:09 / 11 Noyabr 2026
39
23:03 / 11 Noyabr 2026
37
23:01 / 11 Noyabr 2026
75
22:55 / 11 Noyabr 2026
63
22:38 / 11 Noyabr 2026
113
22:31 / 11 Noyabr 2026
83
22:26 / 11 Noyabr 2026
6006
22:22 / 11 Noyabr 2026
93
22:20 / 11 Noyabr 2026
86
22:15 / 11 Noyabr 2026
934
22:11 / 11 Noyabr 2026
84
22:07 / 11 Noyabr 2026
95
22:06 / 11 Noyabr 2026
91
21:59 / 11 Noyabr 2026
135
21:45 / 11 Noyabr 2026
92
21:14 / 11 Noyabr 2026
845
21:08 / 11 Noyabr 2026
467
21:05 / 11 Noyabr 2026
121
20:58 / 11 Noyabr 2026
131
20:49 / 11 Noyabr 2026
619
20:47 / 11 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.