2027-ci ildə zamanın hesablanması dəyişəcək – Saatlar necə olacaq?
20 Noyabr 2026, 22:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
956
08.01.2025, 23:33
Ağstafa rayon Köçəsgər kənd sakini Mehman Məmmədovun iddiasına görə, tanışı şəmkirli iş adamı İbadət Məhərrəmov ondan oğlu Sərxan Məmmədovun yüngül cəza veriləcəyi adı ilə 58 min manat və 4500 ABŞ dolları pulunu aldatma yolu ilə ələ keçirdiyinə dair dəfələrlə ətraflı məlumat vermişdik.
CityPost.az xəbər verir ki,Mehman Məmmədovun dediyinə görə, aldatma yolu ilə ələ keçirdiyi pulları İbadət Məhərrəmovdan dəfələrlə geri tələb etsə də, O danışıqlar yolu ilə vaxt udmağa çalışmış və nəticədə aldığı pulları geri qaytarmaqdan imtina etmişdir. Əlacsız qalan zərərçəkən Mehman Məmmədov Baş Prokurorluğa məruz qaldığı dələduzluq əməlinə görə müraciət edib.
Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Azər Kazımov tərəfindən araşdırılan iş hadisənin baş verdiyi əraziyə -aiddiyatı üzrə Tovuz Rayon Polis Şöbəsinə göndərilmişdir.
Cinayət İşi Tovuz Rayon Polis Şöbəsinin müstəntiqi baş polis leytenantı Elnar Məmmədov tərəfindən yetərincə araşdırılmadığı üçün Tovuz Rayon Prokuroru tərəfindən yenidən hərtərəfli araşdırma üçün istintaq mərhələsinə qaytarılmışdır.
Bu barədə zərəçəkmiş Mehman Məmmədova Tovuz Rayon Prokurorluğu tərəfindən məktub da göndərilib. Müstəntiq Elnar Məmmədovun ləğv edilmiş qərarından ruhlanan İbadət Məhərrəmov zərərçəkmiş Mehman Məmmədovu şərəf və ləyaqətini alçaltdığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə dair xüsusi ittiham qaydasında Ağstafa Rayon Məhkəməsinə müraciət edib. İbadət Məhərrəmov tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə iş Ağstafa rayon məhkəməsinin hakimi Natiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında araşdırılıb.
Mehman Məmmədov məhkəməyə vəsatət verərək bildirmişdi ki, Tovuz Rayon Prokurorluğu müstəntiq Elnar Məmmədov tərəfindən onun şikayətinə əsasən cinayət işinin başlanmasının rədd olunmasına dair çıxardığı qərar ləğv edildiyi üçün İbadət Məhərrəmovun onun barəsində məhkəməyə verdiyi şikayət ərizəsi baxılmamış saxlanılmalıdır.Hakim Natiq Abbasov tərəfindən vəsatət təmin edilərək və Tovuz Rayon Polis Şöbəsinə müvafiq sorğu göndərilmişdi. Tovuz Rayon Polis Şöbəsindən bildirilib ki, şikayətçi M.Məmmədovun ərizəsi əsasında İbadət Məhərrəmov barədə materiallar toplanıb,araşdırma aparılır. 8 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasına İ.Məhərrəmovun vəkili Bəxtiyar Muradov elektron qaydada ərizə ilə müraciət edərək müvəkkilinin M.Məmmədov barədə verdiyi xüsusi ittiham qaydasında şikayəti geri götürdüyünü bildirib.
Citypost.az xəbər verir ki,şikayətçi Mehman Məmmədov bu gün daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun İsmayıllı rayonunda keçirilən qəbulunda olub. Görüş zamanı Mehman Məmmədov işin Tovuz Rayon Polis Şöbəsində düzgün aparılmadığını və araşdırmanın ləngidilməsindən narazı olduğunu bildirib.Nazir vətəndaşı dinlədikdən sonra məsələnin daha obyektiv və ətraflı araşdırılması üçün müvafiq göstərişlər verib.
23:06 / 20 Noyabr 2026
25
22:45 / 20 Noyabr 2026
60
22:35 / 20 Noyabr 2026
60
22:22 / 20 Noyabr 2026
75
22:01 / 20 Noyabr 2026
92
21:52 / 20 Noyabr 2026
82
21:48 / 20 Noyabr 2026
84
21:21 / 20 Noyabr 2026
94
20:50 / 20 Noyabr 2026
131
20:40 / 20 Noyabr 2026
175
20:33 / 20 Noyabr 2026
116
20:25 / 20 Noyabr 2026
238
20:25 / 20 Noyabr 2026
123
20:20 / 20 Noyabr 2026
122
20:18 / 20 Noyabr 2026
114
20:06 / 20 Noyabr 2026
114
20:02 / 20 Noyabr 2026
802
20:01 / 20 Noyabr 2026
108
19:50 / 20 Noyabr 2026
137
19:50 / 20 Noyabr 2026
115
19:46 / 20 Noyabr 2026
121
19:37 / 20 Noyabr 2026
156
19:37 / 20 Noyabr 2026
1371
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.