Azərbaycanda zəlzələ oldu
26 Noyabr 2026, 21:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
343
07.05.2024, 22:14
Əl və ayaqların uyuşması şəkər xəstəliyinin əlaməti ola bilər.
OXU24.COM xəbər verir ki, bu barədə mütəxəssislər xəbərdarlıq edir.
Diabetin əlamətlərinə diqqət çəkən endikrinologiya və metaforik xəstəliklər mütəxəssisi Esra Tutal bildirib ki, susuzluq, təkrarlanan infeksiyalar, əl və ayaqlarda uyuşma şəkər xəstəliyinin əsas əlamətləridir. Hərəkətsizlik, yüksək kalorili qidaların qəbulu, tərkibində şəkər və fruktoza olan maye qidaların həddindən artıq qəbulu səbəbindən piylənmə və buna paralel olaraq şəkərli diabet halları sürətlə artıb. Dünyada milyonlarla insan şəkər xəstəliyinə tutulur. Bununla bağlı diqqət edilməsi lazım olan məsələlər çoxdur. Şəkər xəstəliyi ömür boyu davam edən xroniki bir xəstəlikdir. Müalicə ilə qan şəkəri normal həddə çatdırıla bilər. Qan şəkərinin normal həddə olması insanı şəkərin mənfi təsirlərindən qoruyur. Şəkəri azaldan dərmanlar vaxtında və müntəzəm istifadə edilməlidir.
Mütəxəssis onu da qeyd edir ki, şəkərli diabet koronar arteriya xəstəliyi və insult riskini 2-4 dəfə artırır. Diabet zamanla ürək, damarlar, gözlər, böyrəklər və sinirlərdə dəyişikliklərə səbəb ola bilər. Bu həm də xroniki böyrək çatışmazlığının mühüm səbəblərindən biridir. Artıq çəki də şəkər xəstəliyinə səbəb yaradır. İşləyən insanlar adətən uzun müddət oturaq və hərəkətsiz qalırlar. Xüsusilə ofis mühitində saatlarla oturmaq şəkər xəstəliyinə tutulma riskini artırır. Mütəmadi olaraq, fiziki fəaliyyət göstərilməlidir. Həftədə beş gün ən azı 30 dəqiqə gəzmək sağlamlığa müsbət təsir göstərir. Az yağlı, aşağı kalorili, bol vitaminli qidalardan istifadə etmək daha yaxşı olar. Tez-tez meyvə-tərəvəz və dənli bitkilərdən istifadə edilməlidir.
21:04 / 26 Noyabr 2026
50
20:55 / 26 Noyabr 2026
21
20:50 / 26 Noyabr 2026
43
20:38 / 26 Noyabr 2026
58
20:31 / 26 Noyabr 2026
62
20:26 / 26 Noyabr 2026
156
20:22 / 26 Noyabr 2026
56
20:09 / 26 Noyabr 2026
75
20:02 / 26 Noyabr 2026
92
19:58 / 26 Noyabr 2026
557
19:46 / 26 Noyabr 2026
108
19:30 / 26 Noyabr 2026
118
19:23 / 26 Noyabr 2026
161
19:13 / 26 Noyabr 2026
111
19:05 / 26 Noyabr 2026
210
18:59 / 26 Noyabr 2026
104
18:56 / 26 Noyabr 2026
128
18:48 / 26 Noyabr 2026
134
18:42 / 26 Noyabr 2026
134
18:39 / 26 Noyabr 2026
176
18:29 / 26 Noyabr 2026
140
18:26 / 26 Noyabr 2026
142
18:17 / 26 Noyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.