Azərbaycanda zəlzələ oldu
26 Noyabr 2026, 21:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
379
07.05.2024, 21:08
"Vəziyyətimi nəzərə alaraq, ərizəmi yazdım və xahiş etdim ki, məni tutduğum vəzifədən azad edəsiniz. Səhhətimdə heç bir problem yoxdur. Yaşımla bağlı bu qərarı vermişəm. Təqaüddə olmalı adamam. 3-4 il orada işlədim. İndi istəyirəm istirahət edəm. Yaşıma görə artıq dincəlmək istəyirəm. Qurtardı getdi, burda başqa məsələ yoxdur. Ölənə qədər vəzifədə olmalı, işləməli deyiləm ki? Öz xoşumla, razılığıma ərizə yazmışam. Fikirləşdim ki, artıq bəsdir".
OXU24.COM yazır ki, bu sözləri "Sherg.az"a açıqlamasında xanəndə Pərviz Qasımovun qayınatası, sabiq baş nazir Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsindən getməsi ilə bağlı deyib.
Sabiq baş nazir vurğulayıb ki, vəzifəsindən hardasa 3-4 həftə əvvəl uzaqlaşıb:
"Bu, çoxdan olub, niyə indi xəbər yayılır bilmirəm. Zənglərdən yorulmuşam, o qədər zəng olur ki, özümə vaxt sərf edə bilmirəm. Adamı əsəbləşdirirlər. Azərbaycan Dillər Universitetində işlədiyim müddətdə əlimdən nə gəlir etdim. Ümummilli Liderin 100 illiyi ilə bağlı 50-yə yaxın konfrans keçirmişəm. Rəhbərliyim altında elm, magistratura və doktorantura şöbələrinin iştirakı ilə çoxsaylı elmi tədbirlərimiz olub. Eyni zamanda respublika səviyyəsində beynəlxalq konfranslar təşkil etmişik. Dünyanın bir çox universitetlərinin tanınmış nümayəndələrinin iştirakı ilə tədbirlər hazırlamışıq. Missiyamızı sona qədər həyata keçirmişik. Yaşım da artıq çoxdur. Dincəlmək lazımdır. Adam 90-100 yaşınadək işləməli deyil. Söhbət bundan gedir".
21:04 / 26 Noyabr 2026
50
20:55 / 26 Noyabr 2026
21
20:50 / 26 Noyabr 2026
43
20:38 / 26 Noyabr 2026
58
20:31 / 26 Noyabr 2026
62
20:26 / 26 Noyabr 2026
156
20:22 / 26 Noyabr 2026
56
20:09 / 26 Noyabr 2026
75
20:02 / 26 Noyabr 2026
92
19:58 / 26 Noyabr 2026
557
19:46 / 26 Noyabr 2026
108
19:30 / 26 Noyabr 2026
118
19:23 / 26 Noyabr 2026
161
19:13 / 26 Noyabr 2026
111
19:05 / 26 Noyabr 2026
210
18:59 / 26 Noyabr 2026
104
18:56 / 26 Noyabr 2026
128
18:48 / 26 Noyabr 2026
134
18:42 / 26 Noyabr 2026
134
18:39 / 26 Noyabr 2026
176
18:29 / 26 Noyabr 2026
140
18:26 / 26 Noyabr 2026
142
18:17 / 26 Noyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.