Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? — Hüquqşünas DETALLARI AÇIQLADI
16 İyun 2026, 07:48
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
765
12.05.2026, 15:42
Müasir informasiya cəmiyyətində media artıq yalnız xəbərin çatdırılması funksiyası ilə məhdudlaşmır, o həm də ictimai şüurun formalaşmasında, dövlətlə vətəndaş arasında etibarlı informasiya mübadiləsinin təmin olunmasında mühüm strateji institut kimi çıxış edir. Qlobal rəqəmsallaşma proseslərinin sürətləndiyi bir dövrdə medianın rolu daha da genişlənir, onun operativliyi, peşəkarlığı və texnoloji imkanlara uyğunlaşması əsas prioritetlərdən birinə çevrilir.
Bu baxımdan Azərbaycanda medianın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti xüsusi əhəmiyyət daşıyır. Medianın İnkişafı Agentliyi tərəfindən icra olunan dəstək mexanizmləri media subyektlərinin institusional güclənməsinə, onların maddi-texniki bazasının təkmilləşdirilməsinə və peşəkar jurnalistika standartlarının yüksəldilməsinə xidmət edir. Bu yanaşma xüsusilə onlayn medianın inkişafında yeni mərhələnin formalaşmasına şərait yaradır.
Agentlik tərəfindən göstərilən dəstək nəticəsində media qurumları daha çevik fəaliyyət göstərmək, rəqəmsal alətlərdən səmərəli istifadə etmək və ictimaiyyətə daha keyfiyyətli, yoxlanılmış və operativ informasiya təqdim etmək imkanları əldə edir. Eyni zamanda, jurnalistlərin peşə hazırlığının artırılması, etik prinsiplərə riayət olunması və informasiya məsuliyyətinin gücləndirilməsi istiqamətində atılan addımlar ümumi media mühitinin sağlamlaşdırılmasına töhfə verir. Medianın İnkişafı Agentliyi mətbuatın idarə olunmasında birbaşa idarəedici deyil, daha çox tənzimləyici, istiqamətləndirici və dəstəkləyici mexanizm kimi çıxış edir. Qurum media subyektlərinin fəaliyyətinin qanunvericilik çərçivəsində qurulmasına nəzarət etməklə yanaşı, jurnalistikanın etik prinsiplərinin qorunmasına və vahid yanaşmanın formalaşmasına vasitəçilik edir.
Bu kontekstdə Oxu24.com-a açıqlama verən tanınmış jurnalist, ekspert, Bakıvaxtı.az saytının baş redaktoru Qalib İbrahimoğlu bildirib ki, “Bu gün Azərbaycanda medianın güclənməsinə yönələn addımlar diqqətəlayiqdir. Medianın İnkişafı Agentliyi tərəfindən istər yazılı, istərsə də onlayn mətbuata maliyyə yardımının ayrılması da bu qəbildən olan təşəbbüslərdəndir. MEDİA-nın maliyyə vəsaiti ayırmaqda məqsədi onlayn media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsini həyata keçirməkdir. Bu addım eyni zamanda media qurumlarının fəaliyyətini təkmilləşdirməkdə, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin işlənməsinə yönəlib. Maliyyə vəsaitinin ayrılması informasiya müxtəlifliyini artırır, keyfiyyətli kontentin hazırlanmasına səbəb olur. Medianın İnkişafı Agentliyi mətbuatın birbaşa idarəedici deyil. Qurum daha çox mətbuatın tənzimləyici, istiqamətləndirici və dəstəkləyici mexanizm kimi çıxış edir. Agentlik media subyektlərinin fəaliyyətinin qanunvericilik çərçivəsində qurulmasına nəzarət etməklə yanaşı, jurnalistikanın etik prinsiplərinin qorunmasına çalışır. Bu isə medianın idarə olunmasında müəyyən standartların formalaşmasına gətirib çıxarır. Media subyektləri ilə dövlət arasında əlaqələndirici rol oynayan Agentlik bu sahədə vahid yanaşmanın formalaşmasında vasitəçidir. MEDİA mətbuat mühitini tənzimləyən qurum olmaqla müasir media idarəçiliyində institusional rola malikdir.”
Turan Etibaroğlu
16:21 / 27 İyul 2026
1
16:18 / 27 İyul 2026
14
16:16 / 27 İyul 2026
23
15:59 / 27 İyul 2026
35
15:45 / 27 İyul 2026
55
15:21 / 27 İyul 2026
68
15:20 / 27 İyul 2026
63
15:17 / 27 İyul 2026
58
14:59 / 27 İyul 2026
71
14:34 / 27 İyul 2026
67
14:28 / 27 İyul 2026
65
14:04 / 27 İyul 2026
87
13:59 / 27 İyul 2026
92
13:55 / 27 İyul 2026
76
13:50 / 27 İyul 2026
91
13:47 / 27 İyul 2026
66
13:40 / 27 İyul 2026
97
13:30 / 27 İyul 2026
91
13:15 / 27 İyul 2026
88
12:59 / 27 İyul 2026
86
12:45 / 27 İyul 2026
79
12:45 / 27 İyul 2026
92
12:38 / 27 İyul 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.