Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? — Hüquqşünas DETALLARI AÇIQLADI
16 İyun 2026, 07:48
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
3914
24.04.2026, 14:42
Sığortada yeni qaydalar: Qiymətlər necə hesablanacaq? – Sürücüləri 30%-lik artım gözləyir!
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində dəyişiklik edilib. Belə ki, hazırda qüvvədə olan "Bonus-Malus" sistemi ləğv edilir, sığorta haqqının hesablanmasında yeni "sığorta tarixçəsi əmsalı" tətbiq olunacaq.
Bu yeniliyin detalları barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) ekspert qrupunun üzvü Emil Ağabağırov Oxu24.com-a məlumat verib.
Ekspertin sözlərinə görə, əsas fərq zərərli tarixçənin kimin adına yazılması ilə bağlıdır.
Onun sözlərinə görə, zərər artıq maşın sahibinə yox, sürücüyə yazılacaq:
“Əvvəlki qaydalarda sığorta müqaviləsi kimin adına idisə, qəzanı kimin törətməsindən asılı olmayaraq, mənfi tarixçə birbaşa müqavilə sahibinin adına qeyd olunurdu. Yeni qaydalarda isə ədalət prinsipi ön plana çəkilib. Sığorta müqaviləsi sizin adınıza olsa da, maşını başqa bir şəxs idarə edirsə və qəza törədirsə, zərərli tarixçə məhz hadisəni törədən sürücünün FİN koduna işlənəcək.Maşın sahibi sükan arxasında olmayıbsa, onun sığorta tarixçəsi pisləşməyəcək".
E.Ağabağırov bildirib ki, yeni qaydalarda sığorta haqları aşağıdakı faiz dərəcələri ilə tənzimlənəcək:
“Hər bir sığorta hadisəsinə görə günahkar şəxsin FİN koduna 30% əlavə sığorta haqqı hesablanacaq. Məsələn, 100 manat ödəyən sürücü qəza törədibsə, növbəti il bu məbləğ 130 manat olacaq. Əgər il ərzində heç bir qəza baş verməzsə, sığortalı şəxsin sığorta haqqı növbəti il üçün 5% aşağı düşəcək”.
Bu dəyişikliklər sürücüləri sükan arxasında daha diqqətli olmağa sövq etmək və sığorta ödənişlərini fərdi məsuliyyətə görə formalaşdırmaq məqsədi daşıyır.
Çimnaz Telmanqızı
14:48 / 07 İyul 2026
1
14:46 / 07 İyul 2026
9
14:31 / 07 İyul 2026
39
14:00 / 07 İyul 2026
58
13:55 / 07 İyul 2026
55
13:52 / 07 İyul 2026
70
13:45 / 07 İyul 2026
67
13:40 / 07 İyul 2026
73
13:36 / 07 İyul 2026
73
13:29 / 07 İyul 2026
74
13:23 / 07 İyul 2026
68
13:15 / 07 İyul 2026
76
13:10 / 07 İyul 2026
985
12:54 / 07 İyul 2026
325
12:53 / 07 İyul 2026
78
12:42 / 07 İyul 2026
82
12:31 / 07 İyul 2026
481
12:25 / 07 İyul 2026
86
12:18 / 07 İyul 2026
162
12:00 / 07 İyul 2026
1914
11:58 / 07 İyul 2026
91
11:52 / 07 İyul 2026
236
11:51 / 07 İyul 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.