Aşura bu tarixdə OLACAQ
10 İyun 2026, 12:43
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
2558
28.03.2026, 22:33
Hörmüz niyə əsasdır? —ƏSAS MƏQAMLAR
Dünya neft ticarətinin təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı bu gün qlobal siyasi gərginliyin mərkəzinə çevrilib. İranın bu dar su yolunu bağlamaq hədəsi və ya keçid rüsumu tətbiq etmək planı təkcə region ölkələri üçün deyil, bütün dünya iqtisadiyyatı üçün “enerji kabusu” deməkdir. Bəs Hörmüz boğazı bu gərginlikdə niyə bu qədər vacib sayılır və tərəflər hansı maraqları güdür?
Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli Oxu24.com- a açıqlaması zamanı qeyd edib ki, İran Hörmüz boğazını bağlamaqla faktiki olaraq iqtisadi və siyasi böhranı alovlandırmaqdadır. Boğazın bağlı qalması ABŞ-İsrail cütlüyünə qarşı siyasi düşərgəni genişləndirə bilər:
“İranın ixrac etdiyi neftin 80 %-ə yaxını Hörmüz boğazından keçir. Bu ölkə iqtisadiyyatı üçün fövqəladə əhəmiyyətə malikdir. Eyni zamanda, körfəz ölkələrinin də ixrac etdiyi neftin böyük hissəsi bu boğazdan keçir. Boğazda hərəkət edən gəmilər İranın nəzarəti altında olan hissədən keçsə də, bunun üçün heç bir haqq ödənilməyib.
ABŞ və İsrail İranla müharibəyə başladıqdan sonra Hörmüz boğazının iqtisadi əhəmiyyəti onun siyasi çəkisini də artırıb. Dünya neftinin təxminən 20 %-nin daşındığı boğazı bağlamaqla İran dünya iqtisadiyyatında gərginlik yaratmağa müvəffəq olub. İndi neft ixracatçıları da daxil olmaqla alıcı dövlətlər ciddi böhran qarşısındadırlar.
İran Hörmüz boğazı ilə bağlı planlarını da yeniləmək niyyətində olduğunu bildirib. Boğazdan keçən bütün gəmilərin İrana rüsum ödəməli olduğu fikirləri artıq səsləndirilməyə başlayıb. Bu həm nəzarət, həm də iqtisadi fayda deməkdir. Körfəz ölkələri çətin ki, bununla razılaşsınlar. Lakin bu gələcəyin işidir və müharibənin nəticələrindən daha çox asılıdır. İndi isə əsas məsələ Körfəzin açılmasıdır. Çünki, onun bağlı qalması Körfəz ölkələrinə hər gün milyonlarla ziyan vurur. Artıq Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazının açılması üçün ABŞ-yə dəstək verməyə hazır olduğunu bildirib. BƏƏ bu əməliyyatda İranla mübahisəli vəziyyətdə olan Fars körfəzində yerləşən adanı əldə etmək niyyətindədir. Digər ölkələr isə müharibəyə qoşulmaq istəmirlər, lakin Hörmüz boğazının bağlı qalması ilə də razılaşmırlar.
İranda rejimin dəyişdirilməsi və nüvə proqramının ləğvinə hesablanmış müharibə bu gün Hörmüz boğazının açılması üzərində aparılmaqdadır”.
Çimnaz Telmanqızı
14:41 / 10 İyun 2026
1
14:34 / 10 İyun 2026
12
14:30 / 10 İyun 2026
22
14:25 / 10 İyun 2026
23
14:25 / 10 İyun 2026
29
14:15 / 10 İyun 2026
36
14:14 / 10 İyun 2026
73
14:12 / 10 İyun 2026
35
13:55 / 10 İyun 2026
42
13:44 / 10 İyun 2026
62
13:35 / 10 İyun 2026
62
13:31 / 10 İyun 2026
59
13:27 / 10 İyun 2026
59
13:23 / 10 İyun 2026
458
13:15 / 10 İyun 2026
85
13:12 / 10 İyun 2026
70
12:54 / 10 İyun 2026
1378
12:52 / 10 İyun 2026
61
12:48 / 10 İyun 2026
84
12:43 / 10 İyun 2026
81
12:38 / 10 İyun 2026
74
12:29 / 10 İyun 2026
570
12:27 / 10 İyun 2026
261
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.