Qaynar xətt:

(+99450) 247 90 86

11 günlük tətil: Kim qazanır, kim itirir? — Təhlil  

11 günlük tətil: Kim qazanır, kim itirir? — Təhlil  

AKTUAL

2223

25.03.2026, 19:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda martın 20-dən başlayan 11 günlük bayram tətili davam edir. Qeyd edək ki, qeyri- iş günlərinin çoxluğu təkcə ölkəmizə xas deyil.  Belə ki, aparılan  araşdırmalara görə, il ərzində 27 qeyri-iş günü ilə İran birinci pillədə qərarlaşıb, onu 24 günlə Banqladeş izləyir. Azərbaycan isə Kamboca ilə birlikdə 21 qeyri-iş günü ilə üçüncü yeri bölüşür. Siyahının davamında Myanma (20 gün), Qazaxıstan və Qayana (hər biri 19 gün), İraq və Kolumbiya (18 gün), Gürcüstan isə 17 qeyri-iş günü ilə yer alır.

Bir çox ölkələrdə uzun tətil günləri daxili turizmin inkişafına, xidmət sektorunun canlanmasına və istehlak xərclərinin artmasına təkan verir. Bununla yanaşı, sənaye və istehsal sahələri, eləcə də gündəlik qazancdan asılı olan əhali üçün bu cür fasilələr müəyyən iqtisadi itkilərlə müşayiət oluna bilər.

Bəs Azərbaycanda vəziyyət necədir? Qeyri-iş günlərinin çoxluğu ümumi iqtisadi aktivliyə necə təsir edir? Uzunmüddətli tətil qərarlarını iqtisadi baxımdan balanslı hesab etmək olarmı?

Mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.

Oxu24.com-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, Azərbaycanda müşahidə olunan uzunmüddətli bayram tətilləri qeyri-adi hal deyil və bu tendensiya dünyanın bir çox ölkəsində tətbiq olunur. Onun sözlərinə görə, Avropa ölkələrində Milad tətili adətən dekabrın ortalarından başlayaraq yanvarın əvvəlinə qədər davam edir, Çində isə yeni il bayramı çərçivəsində yanvarın sonundan fevralın ortalarına qədər uzanan istirahət dövrləri olur:

“Oxşar vəziyyət Türkiyədə də dini bayramlar zamanı müşahidə edilir. Bu cür tətil günləri insanların sosial istirahət hüququnun bir hissəsidir və inkişaf etmiş ölkələr artıq “çox işləmək” modelindən daha çox “daha az işləyərək daha yüksək dəyər yaratmaq” yanaşmasına üstünlük verirlər. Texnoloji inkişaf və rəqəmsallaşma fonunda iqtisadiyyat tam dayanmır, sadəcə struktur baxımından müəyyən dəyişikliklər baş verir. Bu dövrdə bəzi sahələrdə aktivlik artır. Xüsusilə turizm, restoran və digər iaşə obyektləri, xidmət sektoru və nəqliyyat sahəsində canlanma müşahidə olunur. Tikinti sektoru da fəaliyyətini davam etdirir. Sənayenin bəzi istiqamətlərində müəyyən zəifləmə olsa da, ümumilikdə xidmət iqtisadiyyatında artım baş verir.

Uzunmüddətli qeyri-iş günlərinin iqtisadiyyata təsirindən danışarkən “tam dayanma” kimi yanaşma doğru deyil. Daha çox sektorial təsirlərdən söhbət gedə bilər: bəzi sahələr üçün müsbət, bəziləri üçün isə nisbətən mənfi təsirlər mümkündür. Lakin bu təsirlər ümumi iqtisadi aktivlik baxımından əhəmiyyətli hesab edilmir”.

Ekspert əlavə edir ki, müasir dövrdə bir çox xidmətlərin onlayn rejimdə fasiləsiz davam etməsi də iqtisadi proseslərin dayanmasının qarşısını alır:

“Bank xidmətlərinin bir hissəsinin rəqəmsal platformalar üzərindən işləməsi buna nümunədir. Dünya ölkələrində artıq iş rejiminin optimallaşdırılması istiqamətində yeni yanaşmalar müzakirə olunur. Bir sıra inkişaf etmiş ölkələrdə dörd günlük iş həftəsinə keçidlə bağlı ciddi müzakirələr aparılır və pilot layihələr həyata keçirilir. Bu da göstərir ki, fasiləsiz və uzun saatlarla işləmək hər zaman yüksək məhsuldarlıq demək deyil”.

Oxu24.com-a danışan turizm eksperti Rəhman Quliyev bildirib ki,hər il olduğu kimi, bu il də Azərbaycanda uzunmüddətli Novruz tətili davam edir və bu müddət ərzində bəzi iş yerlərinin bağlı olması qısa müddətdə büdcə daxilolmalarına müəyyən təsir göstərə bilər. Lakin onun sözlərinə görə, bu azalma bayramqabağı və bayram günlərində müşahidə olunan yüksək iqtisadi aktivliklə böyük ölçüdə kompensasiya olunur:

“Novruz ərəfəsində bazarlarda ciddi canlanma yaranır, alış-veriş pik həddə çatır. Xüsusilə meyvə-tərəvəz, ət və digər kənd təsərrüfatı məhsullarına, eləcə də geyim, hədiyyə və xidmət sahələrinə (məsələn, bərbər və gözəllik salonlarına) tələbat əhəmiyyətli dərəcədə artır. Bu isə bazara böyük həcmdə pul kütləsinin daxil olmasına səbəb olur və ümumi iqtisadi aktivliyi yüksəldir”.

Ekspert qeyd edib ki, bayram günlərində paytaxtdan və iri şəhərlərdən bölgələrə kütləvi axın da iqtisadiyyata müsbət təsir edir:

“Yerli turistlər Şəki, Qax, Zaqatala, Balakən, Quba, Qusar, həmçinin cənub və digər bölgələrə səfər edərək kənd təsərrüfatı məhsulları alır, evlər kirayələyir və müxtəlif xidmətlərdən istifadə edirlər. Bu da regionlarda iqtisadi canlanmanı gücləndirir və pul dövriyyəsini artırır.

Ümumillikdə, bu cür uzunmüddətli tətil günlərinin mənfi təsirləri olsa da, bayramqabağı və bayram dövründə yaranan iqtisadi aktivlik bu təsirləri böyük ölçüdə kompensasiya edir və hətta bəzi hallarda üstələyir”.

Oxu24.com-a danışan “HR Hunter” şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə bildirib ki, Azərbaycan bayram günlərinin ümumi sayına görə dünyada ilk beşlikdə yer alan ölkələr sırasındadır:

“Xüsusilə Novruz və Yeni il ərəfəsində uzunmüddətli tətillər diqqət çəkir və bu baxımdan Novruz bayramı daha genişmiqyaslı istirahət dövrü kimi seçilir. Ümumilikdə il ərzində 10–12 gün civarında tətilin olması iqtisadi baxımdan müsbət hal kimi qiymətləndirilə bilər. Bu, bir tərəfdən insanların istirahət etməsinə, digər tərəfdən isə qazandıqları vəsaiti xərcləməsinə imkan yaradır ki, bu da iqtisadi dövriyyənin canlanmasına töhfə verir”.

Bununla belə, konsultant vurğulayıb ki, tətil günlərinin sayının normadan artıq olması müəyyən mənfi təsirlərə də səbəb ola bilər:

“Uzunmüddətli tətillər bəzi sektorlarda fəaliyyətin zəifləməsinə gətirib çıxara, eyni zamanda işçilərin əmək ritminə təsir göstərə bilər. Xüsusilə 10 günə yaxın davam edən istirahət dövründən sonra əməkdaşların işə adaptasiyasında çətinliklər yaranır. Bu adaptasiya problemi əsasən iş rejimindən tam uzaqlaşma ilə bağlıdır. İşçilər uzun müddət daha sərbəst rejimdə – erkən oyanmadan, gündəlik iş tempindən kənar qalaraq istirahət etdikdən sonra yenidən intensiv iş mühitinə qayıtmaqda müəyyən çətinlik yaşayırlar”.

Bu prosesin daha rahat keçməsi üçün İlkin Mirzəzadə işəgötürənlərə müəyyən tövsiyələr də verib:

“Tətil sonrası ilk günlərdə əməkdaşlara ağır iş yükü verilməməli, daha yüngül və mərhələli tapşırıqlarla iş ritminə qayıdış təmin olunmalıdır. İlk bir neçə gün ərzində daha sadə tapşırıqların icrası ilə başlamaq, sonrakı mərhələdə isə tədricən normal iş tempinə keçmək daha məqsədəuyğundur”.

Mehin Mehmanqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda hazırlanıb.

 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

22:49 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

94

0
Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

22:40 / 12 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

77

0
Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

22:24 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

139

0
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

22:21 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

87

0
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

22:13 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

100

0
Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı  

21:55 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı  

94

0
Bölgələrdə maaşlar niyə fərqli hesablanır? — İqtisadçı SƏBƏBİ AÇIQLADI  

21:39 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bölgələrdə maaşlar niyə fərqli hesablanır? — İqtisadçı SƏBƏBİ AÇIQLADI  

102

0
Türkiyədən acı xəbər: Hərbçilər həlak oldu

21:26 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Türkiyədən acı xəbər: Hərbçilər həlak oldu

1136

0
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub 

21:19 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub 

113

0
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb

21:04 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb

108

0
Məşhur sənətçi uzun müddətdən sonra səhnəyə qayıdır -FOTOLAR

20:55 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Məşhur sənətçi uzun müddətdən sonra səhnəyə qayıdır -FOTOLAR

361

0
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB2 

20:42 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB2 

140

0