Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
TƏHSİL
541
21.05.2026, 11:11
Bakıda COP29-un uğurla keçirilməsi Azərbaycanın beynəlxalq iqlim əməkdaşlığına və praktiki iqlim fəaliyyətinə sadiqliyini bir daha nümayiş etdirib.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "Azərbaycanın ilk milli davamlılıq standartının hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" tədbirində çıxışı zamanı deyib.
Muxtar Babayev tədbirində çıxışı zamanı hazırda şəhərlərin iqlim riskləri ilə üz-üzə qaldığını bildirib.
O qeyd edib ki, iqlim dəyişikliyi nəticəsində şəhərlər daşqınlar, isti hava dalğaları, quraqlıqlar, qasırğalar və infrastruktur problemləri ilə daha çox qarşılaşır:
“Bu çağırışlar artıq gələcəyin deyil, bu günün reallığıdır. Dünya miqyasında iqtisadiyyata, ictimai sağlamlığa və milyonlarla insanın gündəlik həyatına birbaşa təsir göstərir”.
Muxtar Babayev vurğulayıb ki, dayanıqlı təcrübələrin tətbiqi dayanıqlılıq anlayışını nəzəriyyədən praktiki fəaliyyətə çevirir, resurslardan daha səmərəli istifadəni təmin edir və hesabatlılığı artırır.
O həmçinin Azərbaycanın ilk milli dayanıqlılıq standartının hazırlanmasını mühüm addım kimi qiymətləndirib:
“Dayanıqlı inkişaf yalnız strategiya və bəyanatlarla məhdudlaşmamalı, planlaşdırma proseslərinə və gündəlik institusional fəaliyyətə inteqrasiya edilməlidir”.
16:07 / 11 Noyabr 2026
29
16:04 / 11 Noyabr 2026
38
16:01 / 11 Noyabr 2026
42
16:00 / 11 Noyabr 2026
34
15:50 / 11 Noyabr 2026
52
15:50 / 11 Noyabr 2026
51
15:40 / 11 Noyabr 2026
50
15:31 / 11 Noyabr 2026
207
15:27 / 11 Noyabr 2026
397
15:13 / 11 Noyabr 2026
97
15:07 / 11 Noyabr 2026
131
14:51 / 11 Noyabr 2026
107
14:43 / 11 Noyabr 2026
164
14:39 / 11 Noyabr 2026
164
14:36 / 11 Noyabr 2026
100
14:26 / 11 Noyabr 2026
260
14:13 / 11 Noyabr 2026
758
13:58 / 11 Noyabr 2026
285
13:54 / 11 Noyabr 2026
556
13:48 / 11 Noyabr 2026
156
13:44 / 11 Noyabr 2026
224
13:41 / 11 Noyabr 2026
116
13:33 / 11 Noyabr 2026
280
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.