Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
WUF13
617
20.05.2026, 21:39
Azərbaycan BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birlikdə hazırladığı tədris alətini gələn ay və yaxud daha tez təqdim etməyi planlaşdırır.
Oxu24.com xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq Əməkdaşlıq və Protokol Departamentinin rəis müavini Günel Məlikova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF-13) çərçivəsində təşkil olunmuş "Milli Şəhər Siyasətləri və Mənzil Həllərindən Əldə Edilən Fikirlərin Əlaqələndirilməsi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, milli şəhər siyasəti mənzil məsələlərini və problemlərini də əhatə etməlidir: "2016-cı ildə Azərbaycanda güzəştli şərtlərlə mənzil təminatı üçün Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı. O, xüsusi hüquqlara malik bəzi vətəndaşları, şəhid ailələrini, elmi dərəcəsi olan gənc dövlət qulluqçularını, gənc ailələri və sairəni əhatə edir. Qurum əhalinin bir hissəsini əhatə edir, lakin demək olar ki, bu, tam mənada mənzil siyasəti deyil. Bəli, bizdə yenilənməyə ehtiyacı olan Mənzil Məcəlləsi var".
G.Məlikova Azərbaycanda milli şəhər siyasətindən danışarkən hər şeyin 2012-ci ildə yeni Şəhərsalma və Tikinti Məcəlləsinin qəbulu ilə başladığını xatırladıb: "Bununla belə, bizdə hələ də vahid, aydın şəkildə rəsmiləşdirilmiş milli şəhər siyasəti sənədi yox idi. Eyni zamanda biz Dünya Bankının dəstəyi ilə Böyük Bakını - Bakı, Sumqayıt və Xırdalanı əhatə edən əhatə edən regional planın hazırlanmasına da başladıq. O, 2015-ci ildə tamamlandı".
Onun sözlərinə görə, Azərbaycan hazırda milli siyasət hazırlayır: "Bu da BMT-nin 2026–2030-cu illər üçün Davamlı Əməkdaşlıq Çərçivə Proqramında öz əksini tapıb. Bu layihələrə UN-Habitat-ın dəstəyi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində daha davamlı, balanslaşdırılmış kəndlərin yaradılması məqsədilə iki kənd üçün kompleks məkan planlaşdırması, DİM-lərin tətbiqi və lokallaşdırılması da daxildir. Bu, UN-Habitat-ın Azərbaycandakı bərpa proseslərinə töhfəsidir. O, həmçinin DİM-lərin lokallaşdırılmasına diqqət yetirməklə kəndlər və ya yaşayış məntəqələri üçün müəyyən rəhbər prinsiplərin hazırlanmasını əhatə edir".
22:09 / 07 Sentyabr 2026
1
21:59 / 07 Sentyabr 2026
36
21:45 / 07 Sentyabr 2026
36
21:30 / 07 Sentyabr 2026
35
21:23 / 07 Sentyabr 2026
50
21:03 / 07 Sentyabr 2026
50
20:58 / 07 Sentyabr 2026
56
20:54 / 07 Sentyabr 2026
53
19:54 / 07 Sentyabr 2026
70
19:50 / 07 Sentyabr 2026
549
19:48 / 07 Sentyabr 2026
121
19:45 / 07 Sentyabr 2026
66
19:44 / 07 Sentyabr 2026
104
19:32 / 07 Sentyabr 2026
393
19:30 / 07 Sentyabr 2026
66
18:20 / 07 Sentyabr 2026
52
18:03 / 07 Sentyabr 2026
70
17:55 / 07 Sentyabr 2026
90
17:45 / 07 Sentyabr 2026
70
17:30 / 07 Sentyabr 2026
74
17:05 / 07 Sentyabr 2026
105
16:55 / 07 Sentyabr 2026
109
16:54 / 07 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.