Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
TƏHSİL
630
20.05.2026, 13:02
Gəncə şəhərinin 2026-cı ilin mart ayında təsdiqlənmiş yeni baş planına əsasən, şəhərin gələcəkdə təxminən 500 min nəfər əhali üçün inkişaf etdirilməsi nəzərdə tutulur.
Oxu24.com xəbər verir ki, bunu Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, plan çərçivəsində yeni yaşayış massivlərinin salınması, mövcud məhəllələrin mərhələli şəkildə yenilənməsi və sosial infrastrukturla təmin olunmuş yaşayış zonalarının inkişafı nəzərdə tutulur: "Əsas məqsəd Gəncəni hər bir sakin üçün əlçatan, təhlükəsiz və dayanıqlı mənzil şəraitinə malik müasir şəhərə çevirməkdir. Gəncə həm elm və mədəniyyət beşiyi, həm də Azərbaycanın qərb qapısı hesab edilir və sürətlə inkişaf edir".
İcra başçısı əlavə edib ki, Gəncədə 270-dən çox köhnə yaşayış binasının istismar müddəti başa çatıb: "Bəzi binalar hətta müasir seysmik təhlükəsizlik standartlarına tam cavab vermir. Köhnə binalarda yüksək enerji itkiləri müşahidə olunur və yay aylarında temperaturun artması enerji infrastrukturuna əlavə yük yaradır".
16:35 / 11 Noyabr 2026
46
16:07 / 11 Noyabr 2026
82
16:04 / 11 Noyabr 2026
151
16:01 / 11 Noyabr 2026
85
16:00 / 11 Noyabr 2026
61
15:50 / 11 Noyabr 2026
75
15:50 / 11 Noyabr 2026
85
15:40 / 11 Noyabr 2026
71
15:31 / 11 Noyabr 2026
343
15:27 / 11 Noyabr 2026
564
15:13 / 11 Noyabr 2026
109
15:07 / 11 Noyabr 2026
160
14:51 / 11 Noyabr 2026
117
14:43 / 11 Noyabr 2026
180
14:39 / 11 Noyabr 2026
214
14:36 / 11 Noyabr 2026
115
14:26 / 11 Noyabr 2026
288
14:13 / 11 Noyabr 2026
860
13:58 / 11 Noyabr 2026
306
13:54 / 11 Noyabr 2026
600
13:48 / 11 Noyabr 2026
172
13:44 / 11 Noyabr 2026
259
13:41 / 11 Noyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.