Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
TƏHSİL
679
20.05.2026, 10:39
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə əhalinin qayıdışı ölkədə mənzil təminatına düşən yükün azalmasına mühüm töhfə verir.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov WUF13 çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, 2020-ci ildən sonrakı dövr əsasən Böyük Qayıdış Proqramı ilə xarakterizə olunur və 30 ildən artıq müddətdə məcburi köçkün həyatı yaşamış minlərlə insanın doğma torpaqlarına qayıtması mənzil sektoruna təzyiqi azaldır.
Mikayıl Cabbarov bildirib ki, Azərbaycanın bu sahədə əsas dərsi problemin əvvəlcə rəsmi şəkildə tanınması, daha sonra siyasi, sosial və iqtisadi amillər nəzərə alınmaqla həll modelinin hazırlanması olub.
O qeyd edib ki, uğurlu nəticə əldə etmək üçün yerli icmaların dəstəyi, hökumətin siyasi iradəsi və özəl sektorun iştirakı ilə işlək iqtisadi modelin qurulması vacibdir.
Nazir əlavə edib ki, son illərdə çoxmənzilli yaşayış binalarının istismara qəbul prosedurları sadələşdirilib və əsas şəhərsalma tələblərinə cavab verən bəzi qeyri-rəsmi tikililər üçün amnistiya mexanizmləri tətbiq olunub.
Bununla belə, o vurğulayıb ki, qanunsuz tikililərin leqallaşdırılması ehtiyatla aparılmalıdır. Çünki sadə amnistiya qısamüddətli sosial problemləri həll etsə də, gələcəkdə kənd təsərrüfatı torpaqlarına, meşə sahələrinə, su ehtiyatlarına və kritik infrastruktur zonalarına təzyiqi artıra bilər.
16:35 / 11 Noyabr 2026
56
16:07 / 11 Noyabr 2026
87
16:04 / 11 Noyabr 2026
160
16:01 / 11 Noyabr 2026
87
16:00 / 11 Noyabr 2026
65
15:50 / 11 Noyabr 2026
76
15:50 / 11 Noyabr 2026
86
15:40 / 11 Noyabr 2026
75
15:31 / 11 Noyabr 2026
378
15:27 / 11 Noyabr 2026
593
15:13 / 11 Noyabr 2026
109
15:07 / 11 Noyabr 2026
161
14:51 / 11 Noyabr 2026
118
14:43 / 11 Noyabr 2026
184
14:39 / 11 Noyabr 2026
238
14:36 / 11 Noyabr 2026
115
14:26 / 11 Noyabr 2026
1125
14:13 / 11 Noyabr 2026
875
13:58 / 11 Noyabr 2026
316
13:54 / 11 Noyabr 2026
611
13:48 / 11 Noyabr 2026
180
13:44 / 11 Noyabr 2026
268
13:41 / 11 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.