Qaynar xətt:

(+99450) 247 90 86

Nəfəsin sanki çatışmır, boğulursan? – Qorxu yaradan sindromun səbəbləri

Nəfəsin sanki çatışmır, boğulursan? – Qorxu yaradan sindromun səbəbləri

TİBB

3778

28.02.2021, 07:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son zamanlar koronavirus qorxusundan gənclərdə və xüsusən qadınlarda sanki boğulma hissi, tənəffüsdə, dərindən nəfəs almada çətinlik, sanki ağciyərlərində problem varmış kimi qorxu simptomlarından şikayətlər artıb.

Medicina.az dəfələrlə təkrarlanan bu vəziyyətin səbəblərini araşdırıb. Hava çatışmaması, dərindən nəfəs almamaq, hipernəfəsalma, təngnəfəslik və buna bağlı qorxu, təşviş hissinin hansı xəstəliklərdən qaynaqlandığını biləcəksiz.

Boğulma, havasızlıq, təngnəfəsliyin zahiri əlamətləri:

- tənəffüsün tezləşməsi – normalda dəqiqədə 12-18 nəfəsalma olmalıdır. Təngnəfəslikdə bu say 21-i keçir.

- Sanki hava çatışmamazlığı, dərindən nəfəs ala bilməmək
- Küylü tənəffüs, ciyərlərdən xışıltı

Bu hal ona görə yaranır ki, orqanizmə kifayət qədər oksigen çatmır və bu, tənəffüs əzələlərinin sürətlə və daha çox yığılıb-açılması ilə kompensasiya olunur.Xüsusilə döş qəfəsi təngnəfəsliyinə diqqət yetirmək lazımdır, bu zaman asfiksiya halı belə yaranır. İnsan 5-10 dəqiqə güclü nəfəs darlığı yaşayır.

Bəzi insanlarda bu hallar ço yemək yedikdən, çay içdikdən, qarında köp yarandıqdan sonra yaşanır.

Hər bir insan bu simptomların nə zaman, necə, hansı halda başlayıb, nə qədər davam etdiyinə diqqət yetirib, məlumat toplamalıdır ki, həkimə düzgün informasiya verə bilsin

- Məsələn, yuxuda da olurmu
- Gündə, ayda nə qədər tutmalar olur
- Neçə dəq davam edir
- Hansı dərmanı qəbul edəndə azalır
- Fiziki, iş, idman və gəzərkən olur, yoxsa sakit halda
- Əsəbləşəndə başlayırmı
- Hansı halda çətindir: nəfəs verəndə, yoxsa alanda
- Öskürək, üz rənginin qızarması, ağarması, istilik, döş qəfəsində basqı, ağırlıq, yanma hissi olurmu


Təngnəfəslik, boğulma hissinin, hava çatışmamasının əsas səbəbləri:


- Ürək çatışmazlığı, onun işində pozulmalar
- İşemik xəstəliklər –ürəkdə, beyində
- Damarların aterosklerozu
- Aritmiya – ürək ritminin pozulması
- Tənəffüs yolları, ağciyərlərin xəstəlikləri : burunda, boğazda, nəfəs yolunsa, bronxlarda yad cismin qalması, ilişməsi
- Ağciyərlərdə şişlər və kistlər
- Bronxial astma, pnevmoniya, plevrit
- Allergik boğulma – Kvinke sindromu
- Virus infeksiyaları
- Pnevmotoraks – ağciyərlərin ətrafının maye və ya qaz ilə dolması
- Sinir sistemi xəstəlikləri – beyin, periferik sinirlər, onurğa, boyun – bunlar da tənəffüsə təsir edir
- Çünki tənəffüsü baş beyin idarə edir. Onun istənilən pozulması tənəffüs siqnallarının yanlış getməsinə səbəb olur
- Skolioz, protruziya, onurğada əyilmə - bu da ağciyərlərə basqı yaradır
- Qanazlığı, anemiya, qanın tərkibinin dəyişməsi – qanda turşuluq artması
- Qanda elektrolit balansının pozulması – kaliy, natrium, maqniy azlığı və ya çoxluğu
- Güclü zəhərlənmələr, alkoqol
- Diabetik xəstələrdə koma
- Güclü stress zamanı: qorxu, panik atak, depressiya, təşviş
- Bəzi dərman vasitələrinin əks təsiri
- Zob xəstəliyi

Bu hal insanda ciddi panik atak, qorxu yaradır, insan öləcəyini düşünür.


Belə halda nə etməli?

- Həmin an panikaya təslim olmamalı, sakitləşdirici icməli və vəziyyəti ələ almalısız

- Əgər 10-15 dəqiqə ərzində nəfəs darlığı hissi keçmirsə təcili yardım çağırmalı

- Tənəffüs çatışmazlığı dodaq, gözlərin üstü, yanaqların şişməsi ilə gedirsə bu Kvinke ödemidir. Dərhal allergiya və şok əleyhinə terapiya olunmalıdır

- Başda duman, ürəkbulanma, titrəmə, qorxu, gözlərdə qaralma, ayaqların altında yer qaçması – nevroz və panik atak simptomlarıdır.


Hansı həkimə müraciət etməli?

Bu kimi simptomlarda birinci pulmonoq (ağciyər xəstəikləri üzrə) daha sonra kardioloq, endokrinoloq, nevroloq müayinə etməlidir. Ciddi ürək, ağciyər, tənəffüs yolu problemi olmadıqda, psixiatr müalicəsi təyin olunur. Xəstəyə panika, təşviş əleyhinə dərmanlar, sakitləşdirici, vitaminlər və çoxlu gəzinti təyin edilir.

Digər xəbərlər

Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

18:38 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Avropa siyasi məkanının əsas tərəfdaşına çevrilir – Dublindəki Zirvə Toplantısının əhəmiyyəti nədən ibarətdir? — DEPUTAT AÇIQLADI  

18

0
Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

18:31 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Ukrayna Azərbaycanı niyə özünə nümunə görür? – SƏBƏBLƏR AÇIQLANDI  

41

0
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

18:26 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb 

46

0
medialiteracy-media-gov
Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

18:15 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"

50

0
Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

18:04 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Nazirlər Kabinetindən YENİ QƏRAR:5 il müddətinə...

191

0
Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

17:59 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Qarabağ və Şərqi Zəngəzurun bərpası Ukrayna üçün niyə vacibdir? – Ukraynalı politoloqdan MÜHÜM AÇIQLAMA  

81

0
Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

17:46 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Asif Nərimanlı: “Dublin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir”  

87

0
Aydın Mirzəzadə: "Avropa Siyasi Birliyi forumları Avropanın və dünyanın qarşısında duran məsələlərin həllinə xidmət edir"

17:30 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Aydın Mirzəzadə: "Avropa Siyasi Birliyi forumları Avropanın və dünyanın qarşısında duran məsələlərin həllinə xidmət edir"

79

0
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional əlaqələrin inkişafına töhfə verə bilər – ŞƏRH

17:18 / 13 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı regional əlaqələrin inkişafına töhfə verə bilər – ŞƏRH

76

0
Milli Məclis mühüm məsələləri müzakirə edəcək

17:13 / 13 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Milli Məclis mühüm məsələləri müzakirə edəcək

252

0
Tovuzda hamilə bıçaqlanıb 

17:07 / 13 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Tovuzda hamilə bıçaqlanıb 

91

0