İltihabla bağlı həkimdən AÇIQLAMA
11 Noyabr 2026, 23:03
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
41
11.11.2026, 23:18
Bir çox insan düşünür ki, qaraciyər yağlanması yalnız yağlı yeməklərdən və spirtli içkilərdən yaranır. Amma maraqlı bir məqam var: spirtli içki qəbul etməyən, hətta yağlı yeməkləri sevməyən insanlarda da qaraciyər yağlanması, bəzən isə fibroz və sirroz aşkar edilir. Niyə?
Mövzu ilə bağlı Oxu24.com-a danışan tibb elmləri namizədi,endokrinoloq Oktay Hüseynov bildirib ki, səbəblərdən biri şəkərdir.
Həkim bildirib ki,şirin qazlı içkilər, şirniyyatlar, ağ undan hazırlanan məhsullar və şəkərlə zəngin qidaların həddindən artıq qəbulu qaraciyərdə yağ toplanmasına şərait yaradır.
Bu necə baş verir?
Qəbul etdiyimiz karbohidratların bir hissəsi qaraciyərdə qlikogen şəklində ehtiyatda saxlanılır. Lakin enerji qəbulu orqanizmin tələbatını davamlı olaraq aşdıqda, xüsusilə artıq şəkər və fruktoza qaraciyərdə yeni yağların sintezini artırır.
İnsulinə rezistentlik zamanı isə piy toxumasından qaraciyərə daha çox yağ turşusu daxil olur. Nəticədə qaraciyər hüceyrələrində yağ toplanır.
Bəs bu nə ilə nəticələnə bilər?
Əvvəlcə qaraciyər yağlanması, yəni steatoz yaranır. Bəzi insanlarda iltihab inkişaf edir, zaman keçdikcə fibroz, daha ağır hallarda isə sirroz əmələ gələ bilər.
Amma unutmayaq ki, hər qaraciyər yağlanması mütləq sirroza çevrilmir.
Bəs niyə bu problem bəzən 40–50 yaşlı qadınlarda da rast gəlinir?
Xüsusilə menopauza dövründə hormonal dəyişikliklər, qarın nahiyəsində piylənmə, insulinə rezistentlik və genetik meyillilik qaraciyər yağlanması riskini artıra bilər. Hətta normal çəkili insanlarda da bu xəstəlik mümkündür.
Qaraciyərimizi necə qoruyaq?
Şirin içkiləri və əlavə şəkəri azaldaq.
Tərəvəz, balıq və liflə zəngin qidalara üstünlük verək.
Hər gün fiziki aktiv olaq.
Artıq çəkimiz varsa, tədricən azaldaq.
Şəkərli diabet və artıq çəkisi olan şəxslərdə qaraciyər fibrozu riskini də qiymətləndirək.
Nigar
23:30 / 11 Noyabr 2026
67
23:28 / 11 Noyabr 2026
1
23:24 / 11 Noyabr 2026
13
23:09 / 11 Noyabr 2026
46
23:03 / 11 Noyabr 2026
43
23:01 / 11 Noyabr 2026
80
22:55 / 11 Noyabr 2026
66
22:38 / 11 Noyabr 2026
117
22:31 / 11 Noyabr 2026
86
22:26 / 11 Noyabr 2026
6011
22:22 / 11 Noyabr 2026
95
22:20 / 11 Noyabr 2026
88
22:15 / 11 Noyabr 2026
972
22:11 / 11 Noyabr 2026
86
22:07 / 11 Noyabr 2026
97
22:06 / 11 Noyabr 2026
92
21:59 / 11 Noyabr 2026
139
21:45 / 11 Noyabr 2026
95
21:14 / 11 Noyabr 2026
871
21:08 / 11 Noyabr 2026
472
21:05 / 11 Noyabr 2026
122
20:58 / 11 Noyabr 2026
134
20:49 / 11 Noyabr 2026
624
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.