Qaynar xətt:

(+99450) 247 90 86

Bu ərazilərdə məktəblər tikiləcək

Bu ərazilərdə məktəblər tikiləcək

CƏMİYYƏT

46

13.11.2026, 14:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"2030-cu ilə qədər ümumi təhsildə infrastruktur problemlərinin aradan qaldırılması planlaşdırılır".

Oxu24.com  xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bu gün keçirilən Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında deyib.

O vurğulayıb ki, 2026–2027-ci tədris ilində 53 məktəbdə tikinti-quraşdırma işləri aparılır: "35 modul məktəbin təhvil verilməsi planımız var. 11 məktəb artıq istifadəyə verilib. Hazırda Elm və Təhsil Nazirliyinin Qarabağ və Şərqi Zəngəzurda 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir”.

O bildirib ki, Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl, Kəlbəcər, Füzuli və Xocavənddə yeni təhsil müəssisələrinin inşası və quruculuğu həyata keçiriləcək.