Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda 10 ayda kənd təsərrüfatı məhsulu istehsalı 13 mlrd. manatı ötüb 

Azərbaycanda 10 ayda kənd təsərrüfatı məhsulu istehsalı 13 mlrd. manatı ötüb 

CƏMİYYƏT

47

13.11.2026, 12:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu ilin yanvar-oktyabr aylarında ölkədə faktiki qiymətlərlə 13 123,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.

Oxu24.com  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehsalın fiziki həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artıb.

Heyvandarlıq məhsullarının istehsalı 1,6 faiz, bitkiçilik məhsullarının istehsalı isə 1,2 faiz çoxalıb. Məhsulun 50,2 faizi bitkiçiliyin, 49,8 faizi heyvandarlığın payına düşür.

Yanvar-sentyabr dövründəki 1,1 faizlik göstərici sentyabr ayının sonuna 1,4 faizə yüksəlib. Bitkiçilik sahəsində artım tempi 0,5 faizdən 1,2 faizə çatıb, heyvandarlıq sahəsində isə 1,9 faizdən 1,6 faizə enib.