Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama
12 Noyabr 2026, 23:03
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
2471
26.02.2021, 15:55
Avropa İttifaqı “Rəqəmsal Peyvənd Pasportu” mövzusunu 2 aylıq müzakirələrdən sonra yekunlaşdırıb.
Oxu24.com xəbər verir ki, ötən gün keçirilən 4,5 saatlıq Aİ zirvəsində Çin istehsalı peyvənd vurduranlara “Şengen” vizası verilməyəcəyi barədə qərar qəbul edilib.
27 üzv ölkənin liderləri “Rəqəmsal Peyvənd Pasportu”nu “Aİ tərəfindən qəbul edilən, Aİ-dən təsdiq alan peyvəndlər” (ein EU-weit akzeptiertes Zertifikat für Impfungen, Immunität und Negativ-Tests) qaydasına tabe edib.
Pasportun yay aylarından etibarən tətbiqinə başlanılacaq. İlkin mərhələdə peyvənd pasportu ilə birgə beynəlxalq səviyyədə tanınan “İmmunitet qazanılıb” sənədi və ya “Neqativ PZR testi” də tələb olunacaq. “Rəqəmsal Peyvənd Pasportu”na sahib olmayanlar bu 2 qaydadan birini yerinə yetirərək Aİ-yə daxil ola biləcək. Amma bir müddət sonra bunların yerinə tamamilə pasportun keçərli olması gözlənilir.
Qeyd edək ki, Çin istehsalı peyvəndlər Avropa tərəfindən təsdiq edilməyib. Çində peyvənd istehsalçıları da ittifaqın təsdiqi üçün müraciət etməyib. Rusiya Çindən fərqli olaraq, öz peyvəndlərinin qəbulu üçün Aİ-nin EMA təsdiq qurumuna müraciət ünvanlayıb.
Almaniya kansleri Angela Merkel zirvədən sonrakı açıqlamasında Avropa Şurasında “Rəqəmsal Peyvənd Pasportu”na ehtiyac olduğu mövzusunda razılığa gəlindiyini bildirib. Lakin peyvənd sənədlərinin səyahət üçün əsas qayda olması mövzusunda hələ ki, siyasi qərar olmadığını da dilə gətirib.
Bu, siyasi qərar olmadığı müddətdə Aİ-dən kənar və risk bölgəsi elan olunan ölkələrə vizaların açılması çətin hesab olunur.
Bu arada, Aİ daxilində peyvəndləmənin asta irəliləməsi böyük mübahisələr doğurub.
Xatırladaq ki, Azərbaycan da Çin istehsalı peyvənddən istifadə edir.
19:41 / 13 Noyabr 2026
1
19:38 / 13 Noyabr 2026
37
19:35 / 13 Noyabr 2026
18
19:30 / 13 Noyabr 2026
91
19:28 / 13 Noyabr 2026
38
19:23 / 13 Noyabr 2026
50
19:05 / 13 Noyabr 2026
57
18:59 / 13 Noyabr 2026
63
18:59 / 13 Noyabr 2026
73
18:50 / 13 Noyabr 2026
76
18:38 / 13 Noyabr 2026
91
18:31 / 13 Noyabr 2026
81
18:26 / 13 Noyabr 2026
81
18:15 / 13 Noyabr 2026
92
18:04 / 13 Noyabr 2026
316
17:59 / 13 Noyabr 2026
101
17:46 / 13 Noyabr 2026
111
17:30 / 13 Noyabr 2026
100
17:18 / 13 Noyabr 2026
95
17:13 / 13 Noyabr 2026
313
17:07 / 13 Noyabr 2026
103
16:59 / 13 Noyabr 2026
103
16:51 / 13 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.