Bu işlərdə çalışanların ödündə daş yaranır
10 Oktyabr 2026, 22:55
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
307
11.08.2026, 12:45
Cəmiyyətdə tez-tez rast gəlinən səhhət problemlərindən biri olan ürəkgetmə (bayılma) halları bir çox insan tərəfindən yanlış olaraq sırf kardioloji problem kimi qiymətləndirilir. Çox zaman vətəndaşlar ürəyi gedən şəxsi dərhal kardioloq müayinəsinə aparır və bu da əsl səbəbin tapılmasını gecikdirərək qiymətli zamanın itirilməsinə gətirib çıxarır. Halbuki, bu cür halların böyük əksəriyyəti məhz sinir sistemi və beyin fəaliyyəti ilə birbaşa bağlı olan nevroloji pozuntulardan qaynaqlanır. Qəfil baş verən ürəkgetmələr bəzən orqanizmdə gizlənən və həyati təhlükə yaradan ciddi xəstəliklərin ilk xəbərdarlıq siqnalı ola bilər. Xüsusilə də qəfil ortaya çıxan bayılmalar baş beyin şişləri kimi ağır patologiyaların ilkin simptomu kimi özünü göstərə bilir. Bu səbəbdən də ürəkgetmə zamanı vaxt itirmədən mütəxəssis həkimə müraciət etmək və dəqiq diaqnozun qoyulmasını təmin etmək vacibdir.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı həkim-nevroloq Yeganə Rəşidova xəbərdarlıq edərək vacib məqamlara diqqət çəkib.
Mütəxəssisin sözlərinə görə, insanlar arasında düzgün bilinen yanlışlardan biri ürəkgetmə zamanı xəstənin ilk olaraq ürək həkiminə aparılmasıdır:
"Düzdür, bəzi hallarda ritm pozğunluğu kimi kardioloji xəstəliklər ürəkgetməyə səbəb ola bilər. Lakin ürəkgetmə halları 90 faiz göstəricilərdə məhz nevroloji bir problemlə əlaqədar olur. Qəfil olan ürəkgetmələr ciddi bir xəstəliyin xəbərdaredicisi ola bilər. Belə ki, ürəkgetmə baş beyin şişlərinin ilkin əlaməti kimi meydana çıxa bilir”.
Həkim-nevroloq qeyd edib ki, bu cür hallarda mütləq şəkildə nevroloqa müraciət edilməlidir:
"Xəstənin yanında olan şəxslər tərəfindən düzgün məlumat verilməli, geniş anamnestik məlumatlar toplanmalıdır. Lazım gələrsə, analizlər, baş beyinin MRT müayinəsi və beyin damarlarının müayinəsi aparılmalı, xəstəyə dəqiq diaqnoz qoyulmalıdır. Nevroloq xəstədə ritm pozğunluğu aşkar edərsə, onu kardioloqa yönəldəcəkdir. Əsas məsələ ürəkgetmənin dəqiq səbəbini araşdırmaq və müalicəni düzgün aparmaqdır”.
01:41 / 11 Oktyabr 2026
199
01:28 / 11 Oktyabr 2026
8064
01:15 / 11 Oktyabr 2026
86
01:11 / 11 Oktyabr 2026
160
00:59 / 11 Oktyabr 2026
475
00:56 / 11 Oktyabr 2026
125
00:39 / 11 Oktyabr 2026
204
00:21 / 11 Oktyabr 2026
348
00:19 / 11 Oktyabr 2026
109
00:17 / 11 Oktyabr 2026
72
00:11 / 11 Oktyabr 2026
220
00:06 / 11 Oktyabr 2026
260
23:34 / 10 Oktyabr 2026
345
23:24 / 10 Oktyabr 2026
88
23:24 / 10 Oktyabr 2026
105
23:11 / 10 Oktyabr 2026
136
22:55 / 10 Oktyabr 2026
79
22:49 / 10 Oktyabr 2026
134
22:39 / 10 Oktyabr 2026
89
22:35 / 10 Oktyabr 2026
139
22:28 / 10 Oktyabr 2026
81
22:06 / 10 Oktyabr 2026
91
21:36 / 10 Oktyabr 2026
3441
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.