Azərbaycan ictimaiyyətinə ağır İTKİ
30 Oktyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
106
30.10.2026, 22:35
Noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir. Tutqun və buludlu günlərin sayı çoxalır. Soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enir.
Oxu24.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabr ayına olan hava proqnozuna dair açıqladığı məlumatda bildirilib.
Qeyd olunub ki, bu il noyabr ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 10-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturunun 10-15, gündüzlər 16-21 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 28-38 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 14-19 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 18-28 mm) ehtimal olunur.
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 5-9°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 10-15, bəzi günlərdə 1-5 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 27-34 mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 3-8 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta, gündüzlər 11-16, bəzi günlərdə 2-5 dərəcə isti olacağı ehtimal olunur. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 34-35 mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 8-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturunun 7-12, gündüzlər 15-20 dərəcə isti olacağı ehtimal olunur. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 15-24 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9, gündüzlər 15-20, bəzi günlərdə 8-13 dərəcə isti, dağlarda gecələr 1-5 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 29-73 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 9-14, gündüzlər 16-21, bəzi günlərdə 24 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 25-45 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 7-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 9-14, gündüzlər 15-20, dağlarda gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 1-4 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 55-170 mm).
23:46 / 30 Oktyabr 2026
4
23:32 / 30 Oktyabr 2026
28
23:31 / 30 Oktyabr 2026
35
23:28 / 30 Oktyabr 2026
35
23:23 / 30 Oktyabr 2026
45
23:19 / 30 Oktyabr 2026
52
23:19 / 30 Oktyabr 2026
49
23:08 / 30 Oktyabr 2026
120
23:01 / 30 Oktyabr 2026
65
23:01 / 30 Oktyabr 2026
325
22:55 / 30 Oktyabr 2026
379
22:49 / 30 Oktyabr 2026
70
22:42 / 30 Oktyabr 2026
64
22:26 / 30 Oktyabr 2026
419
22:25 / 30 Oktyabr 2026
79
22:21 / 30 Oktyabr 2026
70
22:09 / 30 Oktyabr 2026
104
22:03 / 30 Oktyabr 2026
160
21:50 / 30 Oktyabr 2026
79
21:39 / 30 Oktyabr 2026
86
21:18 / 30 Oktyabr 2026
166
21:12 / 30 Oktyabr 2026
106
20:59 / 30 Oktyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.