Qaynar xətt:

(+99450) 247 90 86

Gülşad Məmmədova AÇIQLADI: Oktyabrın 31-i və noyabrın 1-i HAVA...

Gülşad Məmmədova AÇIQLADI: Oktyabrın 31-i və noyabrın 1-i HAVA...

CƏMİYYƏT

58

31.10.2026, 00:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oktyabrın 31-i və noyabrın 1-i ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, bu müddətdə Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin oktyabrın 31-i gecə və səhər saatlarında yarımadanın bəzi ərazilərində qısamüddətli yağış yağacağı ehtimalı var, mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 17-20 dərəcə isti təşkil edəcək.

Gülşad Məmmədova deyib ki, həftəsonu bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin oktyabrın 31-i gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 17-21, dağlıq ərazilərdə 13-18 dərəcə isti olacaq.