Qaynar xətt:

(+99450) 247 90 86

Putin onunla görüşdü

Putin onunla görüşdü

DÜNYA

68

30.10.2026, 23:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Eritreya lideri İsayas Afeverki ilə görüşüb.

Rusiya lideri Rusiya-Eritreya münasibətlərinin inkişaf etdiyini qeyd edib.

"Əlbəttə ki, ticarət-iqtisadi əməkdaşlığa daha çox diqqət yetirməli və ticarət dövriyyəsinin yaxşılaşdırılması üçün tədbirləri müzakirə etməliyik. Enerji, mədənçilik, infrastruktur, kənd təsərrüfatı və balıqçılıq kimi sahələrdə perspektivlər görürük", - deyə Putin bildirib.

Putin həmçinin qeyd edib ki, Rusiya Eritreyaya ərzaq təhlükəsizliyinin gücləndirilməsində kömək edir.

Putin iki ölkənin bir çox aktual beynəlxalq məsələlərdə ortaq mövqeyə malik olduğunu vurğulayıb. O, BMT-də və digər forumlarda Rusiya təşəbbüslərini dəstəklədiyinə görə Afeverkiyə minnətdarlığını bildirib.

Jalə