Qaynar xətt:

(+99450) 247 90 86

Saç tökülməsinin ilkin səbəbi AÇIQLANDI

Saç tökülməsinin ilkin səbəbi AÇIQLANDI

TİBB

75

30.10.2026, 22:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İnsanlarda saç tökülməsi nə zaman baş verir?

Bu barədə bir çoxları narahatlıq keçirir. Bəs əsl səbəb nədir?

Mövzu ilə bağlı Oxu24.com-a danışan dietaterapevt  Elvira Şahinova bildirib ki, səbəblər müxtəlif ola bilir.

"Hemoqlobinim normaldır…Sadəcə yuxusuzam…Saçım mövsümə görə tökülür…Bəzən bədənimizin siqnallarını belə izah edirik. Halbuki hemoqlobin normal olsa da, dəmir ehtiyatları azala bilər. Halsızlıq, tez yorulma və saç tökülməsi bununla əlaqəli ola bilər.Məsələ yalnız dəmir qəbulunda deyil, onun sorulmasında da ola bilər. Çay, qəhvə, kalsium və bəzi dərmanlar dəmirin sorulmasını azalda, C vitamini isə bitki mənşəli dəmirin sorulmasını dəstəkləyə bilər.Artıq çəki də çatışmazlıqları istisna etmir. Buna görə arıqlayarkən yalnız kaloriyə deyil, qidalanmanın keyfiyyətinə də diqqət edin. Bu əlamətlərin müxtəlif səbəbləri ola bilər ,doğru yanaşma səbəbi müayinə və analizlərlə aydınlaşdırmaqdır",-deyə həkim bildirib.

Jalə