Qaynar xətt:

(+99450) 247 90 86

Tövlədə heyvanın ipini bağlamaq istədi - Barmağı qopdu

Tövlədə heyvanın ipini bağlamaq istədi - Barmağı qopdu

CƏMİYYƏT

85

30.10.2026, 21:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağdamda bədbəxt hadisə nəticəsində 68 yaşlı qadının əl barmağı qopub.

Oxu24.com-un əldə etdiyi məlumata görə, hadisə rayonun Əhmədağalı kəndində baş verib.

Belə ki, kənd sakini 1958-ci il təvəllüdlü Məmmədova Yasəmən Əşrəf qızı tövlədə heyvanını bağlayarkən əli ipin dolaşması nəticəsində sol əlinin bir barmağını itirib.

Yaralı Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.“Qafqazinfo”