Qaynar xətt:

(+99450) 247 90 86

Əli Əsədov maaşlarla bağlı qərar İMZALADI

Əli Əsədov maaşlarla bağlı qərar İMZALADI

CƏMİYYƏT

119

30.10.2026, 18:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin, Bitkiçilik Elmləri İnstitutunun, eləcə də Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutunun strukturlarını, işçilərinin say həddini və əməkhaqlarının məbləğini təsdiq edib.

Bu barədə Baş nazir Əli Əsədovun imzaladığı qərar Nazirlər Kabinetinin rəsmi saytında dərc olunub.

Qərara əsasən, qeyd olunan qurumların vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlərin məbləğləri təsdiqlənib.

Sənədlə üç qurumun təşkilati strukturu və ştat sayı da müəyyənləşdirilib.