Putin onunla görüşdü
30 Oktyabr 2026, 23:31
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
78
31.10.2026, 00:18
Polşada Konstitusiya Tribunalı ətrafında kəskin siyasi münaqişə pik həddə çatıb. Ölkə Seyminin deputatları və müxalifət nümayəndələri Baş nazir Donald Tusku dövlət çevrilişinə cəhd etməkdə ittiham edirlər.
Oxu24.com xəbər verir ki, Polşanın Baş naziri və Aİ-nin fəal tərəfdarı olan Donald Tuskun göstərişi ilə polis qüvvələri Varşavadakı Konstitusiya Tribunalının binasına qanunsuz daxil olub və binaya aparan yolları mühasirəyə alıblar.
Seym deputatlarının “X” sosial şəbəkəsində verdiyi bəyanata görə, Tusk hökumətinin adından hərəkət edən qüvvələr qanunla təyin olunmuş hakimlərin və tribunalın sədr müavininin iş yerlərinə girməsinə mane olurlar. Eyni zamanda, məhkəmə binasının rəsmi mühafizə xidməti də vəzifəsindən kənarlaşdırılıb və ofislərdə axtarışlar aparılır.
Qeyd edək ki, sözügedən ali orqan qəbul edilən qanunların Konstitusiyaya uyğunluğunu yoxlamaq və onları ləğv etmək səlahiyyətinə malikdir.
“Onet” nəşrinin məlumatına görə, hadisə baş verən zaman Seneqalda rəsmi səfərdə olan Polşa Prezidenti Karol Navrotski səfərini təcili yarımçıq saxlayaraq təyyarənin geri qaytarılması əmrini verib. Təcili şəkildə Varşavaya qayıdan dövlət başçısı Donald Tusk hökumətini açıq şəkildə dövlət çevrilişinə cəhddə ittiham edib. Navrotski bildirib ki, hakimiyyət orqanları bu qanunsuz addımı atmaq üçün qəsdən onun ölkədən kənarda olmasını gözləyiblər.
Qafqazinfo
00:24 / 31 Oktyabr 2026
20
00:07 / 31 Oktyabr 2026
24
00:03 / 31 Oktyabr 2026
124
00:02 / 31 Oktyabr 2026
53
23:56 / 30 Oktyabr 2026
60
23:46 / 30 Oktyabr 2026
54
23:44 / 30 Oktyabr 2026
62
23:32 / 30 Oktyabr 2026
117
23:31 / 30 Oktyabr 2026
69
23:28 / 30 Oktyabr 2026
67
23:23 / 30 Oktyabr 2026
78
23:19 / 30 Oktyabr 2026
77
23:19 / 30 Oktyabr 2026
62
23:08 / 30 Oktyabr 2026
174
23:01 / 30 Oktyabr 2026
85
23:01 / 30 Oktyabr 2026
454
22:55 / 30 Oktyabr 2026
724
22:49 / 30 Oktyabr 2026
137
22:42 / 30 Oktyabr 2026
71
22:35 / 30 Oktyabr 2026
130
22:26 / 30 Oktyabr 2026
524
22:25 / 30 Oktyabr 2026
87
22:21 / 30 Oktyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.