Peyğəmbərin dediyi təsdiq olundu: Ayaq üstə su içmək...
11 Oktyabr 2026, 08:24
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
299
28.07.2026, 11:59
Ürək-damar xəstəlikləri müasir dövrdə ən çox rast gəlinən və həyati təhlükə daşıyan sağlamlıq problemlərinin başında gəlir. Bu xəstəliklərin, xüsusən də qəfil infarktın qarşısını almaq üçün vaxtında və düzgün diaqnostika böyük əhəmiyyət daşıyır. Çox vaxt sakitlik vəziyyətində çəkilən standart kardioqramma və ya exokardioqrafiya ürək damarlarındakı gizli daralmaları aşkar edə bilmir. Məhz belə hallarda həkimlər tərəfindən pasiyentlərə fiziki yük sınağı, yəni Tredmil (Stress test) təyin olunur.
Mövzu ilə bağlı suallarımızı müsahibimiz – Diaqnoz Tibb Mərkəzinin həkim-kardioloqu, Azərbaycan və Avropa Kardiologiya Cəmiyyətlərinin üzvü Dr. Ağadadaş Rəşidov cavablandırıb.
Dr. Ağadadaş Rəşidov bildirib ki, Tredmil (Stress test) ürəyin işemik xəstəliklərinin, stenokardiyanın və ürəyi qidalandıran tac damarlarında olan daralmaların erkən mərhələdə diaqnostikası üçün ən əlverişli və təhlükəsiz üsullardan biridir:
"Əksər vaxtlarda xəstənin sakitlik vəziyyətində çəkilən elektrokardioqramması (EKQ) və exokardioqramması (EXO) heç bir məlumat vermir və nəticələr tam normal görünə bilir. Lakin həmən xəstə bir müddət sonra qəfil infarkt keçirə bilər. Əgər pasiyent yüksək risk qrupundadırsa – yəni şəkərli diabeti, yüksək qan təzyiqi, xolesterin problemi varsa, siqaret çəkirsə və ya irsiyyətində (nəslində) ürək-damar xəstəlikləri mövcuddursa – bu testin rolu əvəzsizdir”.
Həkim Tredmil test vasitəsilə gizli damar daralmalarını simptomlar kəskinləşmədən, vaxtından əvvəl aşkar edilə bildiyini vurğulayıb. Nəticədə, zərurət yaranarsa, xəstə lazımi invaziv müdaxiləyə (koronar angioqrafiya) yönləndirilir. Bu isə birbaşa olaraq xəstənin həyatını xilas etmək, ağır infarktın qarşısını almaq deməkdir.
00:27 / 17 Oktyabr 2026
54
00:12 / 17 Oktyabr 2026
57
23:58 / 16 Oktyabr 2026
69
23:49 / 16 Oktyabr 2026
89
23:42 / 16 Oktyabr 2026
71
23:42 / 16 Oktyabr 2026
107
23:29 / 16 Oktyabr 2026
348
23:22 / 16 Oktyabr 2026
64
23:08 / 16 Oktyabr 2026
72
23:06 / 16 Oktyabr 2026
321
23:01 / 16 Oktyabr 2026
82
23:00 / 16 Oktyabr 2026
67
22:55 / 16 Oktyabr 2026
218
22:52 / 16 Oktyabr 2026
66
22:45 / 16 Oktyabr 2026
72
22:35 / 16 Oktyabr 2026
555
22:25 / 16 Oktyabr 2026
86
22:14 / 16 Oktyabr 2026
74
22:11 / 16 Oktyabr 2026
69
22:08 / 16 Oktyabr 2026
75
21:50 / 16 Oktyabr 2026
105
21:18 / 16 Oktyabr 2026
98
21:16 / 16 Oktyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.