Prezidentin bu sərəncamının icrasına BAŞLANILDI
05 Noyabr 2026, 19:47
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
374
16.10.2026, 23:42
Ruslar kütləvi şəkildə ev axtarır - Ermənistan və Gürcüstanda görünməmiş bahalaşma
Rusiyada yeni səfərbərlik dalğası ilə bağlı narahatlıqlar Ermənistan və Gürcüstanda mənzil kirayəsi qiymətlərinin kəskin artmasına səbəb olub.
Oxu24.com xəbər verir ki, yay aylarında hər iki ölkədə kirayə mənzillərin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 20–30 faiz yüksəlib.
Bahalaşmanın əsas səbəbi Rusiyadan gələn və yeni səfərbərlik ehtimalından ehtiyat edərək qonşu ölkələrdə kirayə mənzil axtaran vətəndaşların sayının artmasıdır.
Rusiya vətəndaşlarının Ermənistan və Gürcüstana axını kirayə mənzil bazarında tələbatı artırıb. Nəticədə hər iki ölkədə mənzil kirayəsi qiymətlərində ciddi yüksəliş qeydə alınıb.
Məlumata görə, xüsusilə İrəvanda vəziyyət diqqət çəkir. Paytaxtda ikiotaqlı mənzilin aylıq kirayəsi 800–900 avroya çatıb. Halbuki Ermənistanda orta aylıq əməkhaqqı təxminən 790 avrodur.
Ermənistan Kadastr Komitəsinin məlumatına əsasən, 2026-cı ilin avqustunda İrəvanda mənzillərin orta satış qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz artıb. Ölkədə əcnəbilərin həyata keçirdiyi daşınmaz əmlak əməliyyatlarının təxminən 72 faizi Rusiya vətəndaşlarının payına düşür.
Gürcüstanda isə Tiflisdə mənzil kirayəsi aylıq 450 avrodan başlayır. Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumundan sonra şəhərdə kirayə qiymətləri 60–70 faizə qədər yüksəlmişdi.\\musavat.com
14:13 / 06 Noyabr 2026
11
14:08 / 06 Noyabr 2026
46
13:57 / 06 Noyabr 2026
47
13:53 / 06 Noyabr 2026
73
13:46 / 06 Noyabr 2026
78
13:44 / 06 Noyabr 2026
308
13:39 / 06 Noyabr 2026
102
13:33 / 06 Noyabr 2026
66
13:28 / 06 Noyabr 2026
132
13:28 / 06 Noyabr 2026
73
13:21 / 06 Noyabr 2026
79
13:14 / 06 Noyabr 2026
100
13:10 / 06 Noyabr 2026
80
13:04 / 06 Noyabr 2026
147
12:56 / 06 Noyabr 2026
85
12:53 / 06 Noyabr 2026
96
12:30 / 06 Noyabr 2026
418
12:28 / 06 Noyabr 2026
101
12:24 / 06 Noyabr 2026
101
12:15 / 06 Noyabr 2026
106
11:59 / 06 Noyabr 2026
99
11:57 / 06 Noyabr 2026
104
11:48 / 06 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.