Moskva ilə İrəvanın ikili oyunu: siyasətdə qarşı-qarşıya, iqtisadiyyatda isə tərəfdaş
16 Oktyabr 2026, 19:38
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
48
16.10.2026, 19:26
“Müasir beynəlxalq münasibətlər sistemində təşkilatların nüfuzu yalnız onların fəaliyyət tarixçəsi və üzvlərinin sayı ilə ölçülmür. Əsas meyar dəyişən geosiyasi şəraitə uyğunlaşmaq, üzv dövlətlərin ortaq maraqlarını uzlaşdırmaq və qəbul edilən qərarların praktik nəticələrini təmin etmək qabiliyyətidir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Bakıda keçirilən 7-ci Zirvə Toplantısı da məhz bu baxımdan mühüm siyasi əhəmiyyət daşıyır. Toplantı AQEM-in gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi ilə yanaşı, Azərbaycanın çoxtərəfli diplomatiyanın gücləndirilməsinə verdiyi töhfələrin qiymətləndirilməsi üçün də əhəmiyyətli platformadır. Prezident İlham Əliyevin Zirvə Toplantısındakı çıxışında təşkilatın institusional potensialının artırılmasına xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Çünki beynəlxalq təşkilatların qarşısında dayanan əsas vəzifələrdən biri ümumi prinsipləri konkret fəaliyyət mexanizmlərinə çevirməkdir. Dövlətlər arasında mövcud fikir ayrılıqları və maraq toqquşmaları şəraitində belə mexanizmlərin yaradılması qarşılıqlı anlaşma imkanlarını genişləndirir, əməkdaşlığın davamlılığına xidmət edir. AQEM-in güclənməsi də üzv ölkələrin birgə fəaliyyətinin daha sistemli və nəticəyönümlü qurulmasına şərait yarada bilər.”
Oxu24.com xəbər verir ki, bu sözləri Millət vəkili Göydəniz Qəhrəmanov mətbuata açıqlamasında deyib.
Deputat bildirib ki, Azərbaycanın təşkilata ikiillik sədrliyi bu istiqamətdə mühüm mərhələ kimi qiymətləndirilə bilər:
“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsini prioritet hesab edib və üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilən təşəbbüslər nəticəsində təşkilatın institusional və hüquqi əsasları güclənib. Bu, Azərbaycanın beynəlxalq platformalarda yalnız müzakirələrin iştirakçısı deyil, həm də ortaq qərarların hazırlanmasına və əməkdaşlığın inkişafına töhfə verən fəal tərəfdaş olduğunu göstərir. Bakıda keçirilən Zirvə Toplantısının diqqətçəkən məqamlarından biri Laosun AQEM-ə yeni üzv kimi qəbul edilməsidir. Üzvlük coğrafiyasının genişlənməsi təşkilatın Asiya məkanında təmsilçilik imkanlarını artırmaqla yanaşı, müxtəlif dövlətlərin ortaq məsələlər ətrafında əməkdaşlıq perspektivlərini də genişləndirir. Bu prosesin əhəmiyyəti yalnız iştirakçıların sayının artması ilə məhdudlaşmır. Yeni üzvlərin sayının artması təşkilatın gündəliyinin zənginləşməsinə, fərqli təcrübələrin uzlaşdırılmasına və ümumi məqsədlər ətrafında daha geniş razılaşmaların əldə olunmasına imkan yaradır”.
Sonda Parlament üzvü Zirvə görüşünün siyasi nəticələri sırasında Bakı Bəyannaməsinin də xüsusi yeri olduğunu vurğulayıb:
“Belə sənədlər dövlət başçılarının mövqelərini ifadə etməklə yanaşı, təşkilatın gələcək fəaliyyətinə istiqamət verən ortaq yanaşmaların formalaşmasına xidmət edir. Beynəlxalq münasibətlərdə etibarlı əməkdaşlıq mühitinin qorunması, təhlükəsizlik risklərinə qarşı birgə fəaliyyət və dövlətlər arasında qarşılıqlı faydalı münasibətlərin inkişafı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bəyannamədə nəzərdə tutulan istiqamətlərin praktik addımlarla möhkəmləndirilməsi AQEM-in beynəlxalq proseslərdə rolunu artırır. Təşkilatın gündəliyində humanitar və intellektual əməkdaşlığın genişləndirilməsi də mühüm yer tutur. Tolerantlığın təşviqi, mədəniyyətlərarası dialoqun inkişafı, elm və təhsilin imkanlarından təhlükəsizlik və rifah naminə istifadə olunması dövlətlər arasında uzunmüddətli əlaqələrin möhkəmlənməsinə kömək edir. Süni intellektin sürətli inkişafı isə yeni imkanlarla yanaşı, məsuliyyətli yanaşma və birgə müzakirə tələb edən məsələləri də gündəmə gətirir. Bu mövzuların çoxtərəfli platformada nəzərdən keçirilməsi üzv dövlətlərə texnoloji dəyişikliklərin yaratdığı çağırışlara daha hazırlıqlı yanaşmaq imkanı verir. Azərbaycanın ev sahibliyi etdiyi Zirvə Toplantısı ölkəmizin beynəlxalq təşəbbüslərə yanaşmasının mühüm xüsusiyyətini də nümayiş etdirir: əməkdaşlıq ayrı-ayrı dövlətlərin məhdud maraqları çərçivəsində deyil, ümumi inkişaf və qarşılıqlı fayda prinsipləri əsasında qurulmasını ifadə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda çoxtərəfli platformalarla fəal iş, tərəfdaşlarla münasibətlərin şaxələndirilməsi və beynəlxalq gündəliyin aktual məsələlərinin müzakirəsinə töhfə verilməsi mühüm yer tutur. Nəticə etibarilə, AQEM-in 7-ci Zirvə Toplantısı Azərbaycanın iki illik sədrliyi dövründə görülən işlərin, əldə olunan nailiyyətlərlə yanaşı, təşkilatın qarşıdakı mərhələdə daha da geniş fəaliyyət göstərməsi üçün yeni imkanlar açır. Bakı görüşünün əhəmiyyəti qəbul edilən sənədlərlə məhdudlaşmır; əsas məsələ əldə olunmuş razılaşmaların davamlı əməkdaşlığa çevrilməsidir. Azərbaycanın təşəbbüsləri və təşkilat üzvlərinin ortaq iradəsi bu istiqamətdə mühüm zəmin yaradır. Beləliklə, ölkəmiz beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələrlə həm öz diplomatik mövqelərini gücləndirir, həm də AQEM-in gələcək inkişafına sanballı töhfə verir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.qafqazinfo
19:53 / 16 Oktyabr 2026
1
19:50 / 16 Oktyabr 2026
27
19:38 / 16 Oktyabr 2026
32
19:34 / 16 Oktyabr 2026
38
19:25 / 16 Oktyabr 2026
53
19:15 / 16 Oktyabr 2026
34
19:12 / 16 Oktyabr 2026
122
19:09 / 16 Oktyabr 2026
62
19:05 / 16 Oktyabr 2026
52
19:00 / 16 Oktyabr 2026
82
18:59 / 16 Oktyabr 2026
60
18:55 / 16 Oktyabr 2026
79
18:51 / 16 Oktyabr 2026
162
18:49 / 16 Oktyabr 2026
61
18:48 / 16 Oktyabr 2026
116
18:42 / 16 Oktyabr 2026
62
18:42 / 16 Oktyabr 2026
86
18:38 / 16 Oktyabr 2026
70
18:37 / 16 Oktyabr 2026
302
18:36 / 16 Oktyabr 2026
65
18:33 / 16 Oktyabr 2026
62
18:33 / 16 Oktyabr 2026
95
18:27 / 16 Oktyabr 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.