İran Xəzərin adını dəyişmək istəyir – Bakıdan REAKSİYA
05 Noyabr 2026, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
257
16.10.2026, 23:22
Azərbaycanın “” İctimai Birliyinin “Minasız dünya” beynəlxalq kampaniyasının 2026-cı il oktyabrın 15-də növbəti dayanacağı Avstriyanın Salzburq şəhəri olub.
Oxu24.com xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.
Sərgi Avstriyadakı Azərbaycan Evinin tərəfdaşlığı ilə Salzburqda Mərkəzi Vağzalın önündə baş tutub.
Fotoekspozisiya mina məsələsinə Ermənistanla təkcə keçmiş münaqişənin fəsadı kimi yox, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində cəmiyyətin normal yaşayışına, sosial bərpaya və dinc gələcəyin qurulmasına mane olan ən böyük humanitar əngəl kimi diqqət çəkib.
Nümayiş olunan 22 sənədli fotoşəkil minaların sadəcə anlıq təhlükə yaratmadığını, insanların ömürlərini büsbütün alt-üst etməsini gözlər önünə sərib.
Sərgidə vurğulanıb ki, Ermənistan tərəfindən minalanmış ərazilərin dəqiq xəritələrin təhvil verilməməsi postmünaqişə dövründə 500-ə yaxın insanın həyatına son qoyub.
Salzburqun mərkəzi meydanında təşkil olunan sərgi dinc mühitdə yaşamaq hüququnun vacibliyini xatırlatmaqla yanaşı, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə 18-ci hədəf kimi “Minasız dünya” prinsipinin daxil edilməsinə xidmət edir.
2026-cı il oktyabrın 5-də analoji fotoekspozisiya İsveçrənin Cenevrə şəhərində, oktyabrın 7-də Çexiyanın Brnoda şəhərində, oktyabrın 9-da Sloveniyanın Lyüblyana şəhərində, oktyabrın 11-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində, oktyabrın 13-də Xorvatiyanın Zaqreb şəhərində keçirilib.
“Gilavar” Foto Klubu Azərbaycanın QHT Agentliyinin və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.






00:08 / 06 Noyabr 2026
39
23:34 / 05 Noyabr 2026
454
23:10 / 05 Noyabr 2026
77
22:44 / 05 Noyabr 2026
974
22:33 / 05 Noyabr 2026
104
22:27 / 05 Noyabr 2026
78
22:20 / 05 Noyabr 2026
93
22:14 / 05 Noyabr 2026
90
22:06 / 05 Noyabr 2026
82
21:53 / 05 Noyabr 2026
82
21:50 / 05 Noyabr 2026
116
21:40 / 05 Noyabr 2026
101
21:35 / 05 Noyabr 2026
210
21:27 / 05 Noyabr 2026
521
21:25 / 05 Noyabr 2026
100
21:15 / 05 Noyabr 2026
276
21:14 / 05 Noyabr 2026
109
21:00 / 05 Noyabr 2026
296
20:58 / 05 Noyabr 2026
134
20:47 / 05 Noyabr 2026
237
20:44 / 05 Noyabr 2026
127
20:37 / 05 Noyabr 2026
151
20:22 / 05 Noyabr 2026
295
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.