İran Xəzərin adını dəyişmək istəyir – Bakıdan REAKSİYA
05 Noyabr 2026, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
240
16.10.2026, 20:08
Rusiyanın Sankt-Peterburq şəhərindəki mağazalara, gözəllik və masaj salonlarına və bərbərlərə 2026-cı ilin sonuna qədər patent əsasında əcnəbilərin işə götürülməsi qadağan edilib.
Oxu24.com xarici mediaya istinadla xəbər verir ki, məhdudiyyətlər Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin (Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan) vətəndaşlarına və yüksək ixtisaslı mütəxəssislər də daxil olmaqla iş icazəsi olan əcnəbilərə şamil edilməyəcək.
Qubernator Aleksandr Beqlovun fərmanı ilə 2026-cı il üçün patent əsasında xarici işçilərin cəlb edilməsi qadağan edilən fəaliyyətlərin siyahısı genişləndirilib.
Məlumatda deyilir ki, siyahıya pərakəndə ticarət, bədən tərbiyəsi və səhiyyə, tibbin bəzi sahələri, eləcə də gözəllik salonları və bərbərlik xidmətləri daxildir.
Tibb sahəsində fəaliyyət növləri arasında, xüsusən də masaj salonları və sanatoriyalar sadalanıb.
Sahibkarlara işçi sayını yeni tələblərə uyğunlaşdırmaq üçün 15 dekabr tarixinə qədər vaxt verilib.
Rəsmilər ümid edirlər ki, qadağa "əsasən gənclər və tələbələr də daxil olmaqla Rusiya vətəndaşları üçün iş yerlərinin yaradıldığı şəffaf və tənzimlənən əmək bazarının" yaradılmasına kömək edəcək.
Əvvəllər xəbər verildiyi kimi, 2025-ci ilin dekabrında Beqlov miqrantların 2026-cı ilin sonuna qədər patent əsasında taksi sürücüsü və kuryer kimi işləməsini qadağan edən fərman imzalayıb.Musavat.com
00:08 / 06 Noyabr 2026
1
23:34 / 05 Noyabr 2026
370
23:10 / 05 Noyabr 2026
63
22:44 / 05 Noyabr 2026
891
22:33 / 05 Noyabr 2026
97
22:27 / 05 Noyabr 2026
75
22:20 / 05 Noyabr 2026
87
22:14 / 05 Noyabr 2026
83
22:06 / 05 Noyabr 2026
77
21:53 / 05 Noyabr 2026
77
21:50 / 05 Noyabr 2026
113
21:40 / 05 Noyabr 2026
97
21:35 / 05 Noyabr 2026
201
21:27 / 05 Noyabr 2026
499
21:25 / 05 Noyabr 2026
97
21:15 / 05 Noyabr 2026
265
21:14 / 05 Noyabr 2026
106
21:00 / 05 Noyabr 2026
287
20:58 / 05 Noyabr 2026
128
20:47 / 05 Noyabr 2026
229
20:44 / 05 Noyabr 2026
125
20:37 / 05 Noyabr 2026
144
20:22 / 05 Noyabr 2026
284
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.