Yüksək təzyiqə qarşı inqilabi kəşf
09 Noyabr 2026, 15:23
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
651
22.07.2026, 14:10
Dərinin qocalması təkcə yaşın artması ilə bağlı deyil. Bu prosesə genetik xüsusiyyətlərlə yanaşı, günəş şüaları, stress, yuxusuzluq və həyat tərzi də ciddi təsir göstərir.
Bu fikirləri dermatoloq Fərhad Qarayev Oxu24.com-a açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, dəridə qocalmanın ilk əlamətləri qırışların yaranması, dəri tonunun dəyişməsi, piqment ləkələrinin əmələ gəlməsi, dərialtı piy toxumasının azalması və dərinin sallanması ilə özünü göstərir.
"Dərinin qocalması zamanı elastiklik azalır, üz cizgilərində dəyişikliklər baş verir. Dəri əvvəlki dolğunluğunu itirir və sallanmalar yaranır. Tibbdə bu proses qravitasion dəyişikliklər adlandırılır", – deyə dermatoloq qeyd edib.
F.Qarayev bildirib ki, dərinin hansı yaşdan qocalmağa başlayacağı hər insanda fərqlidir və burada əsas rol genetik faktorlara məxsusdur.
"Genetik amil həlledici rol oynayır. Elə ailələr var ki, həmin nəsildə insanlar 30-35 yaşına qədər nə saçların ağarması, nə də qırışlarla qarşılaşırlar. Digər insanlarda isə bu proses daha erkən başlayır. Yəni hər kəs üçün eyni yaş həddi yoxdur", – deyə o vurğulayıb.
Mütəxəssis qeyd edib ki, genetikadan başqa, xarici mühit faktorları da dərinin qocalmasını sürətləndirə bilir.
Onun sözlərinə görə, uzun müddət günəş şüalarına məruz qalmaq, xroniki stress, düzgün olmayan qidalanma, ağır iş şəraiti və yuxu rejiminin pozulması dərinin daha tez qocalmasına səbəb olur.
"Günəş şüaları dərinin vaxtından əvvəl qocalmasının əsas səbəblərindən biridir. Məsələn, peşəsi ilə əlaqədar gün ərzində açıq havada çalışan insanlarda qocalma əlamətləri daha erkən meydana çıxa bilər. Həmçinin stress və yuxusuzluq da bu prosesi sürətləndirir", – deyə dermatoloq bildirib.
F.Qarayev əlavə edib ki, gecə yuxusu zamanı orqanizmdə sintez olunan melatonin hormonu hüceyrələrin bərpasında mühüm rol oynayır.
"İnsan kifayət qədər yatmadıqda həm orqanizmin, həm də dərinin bərpa prosesi zəifləyir. Bunun nəticəsində qocalma əlamətləri daha tez meydana çıxır. Dəri də digər orqanlar kimi müntəzəm bərpaya ehtiyac duyur", – deyə həkim qeyd edib.
Dermatoloq bildirib ki, qocalma prosesini tam dayandırmaq mümkün olmasa da, sağlam həyat tərzi, balanslı qidalanma, keyfiyyətli yuxu, günəşdən qorunma və düzgün dəriyə qulluq sayəsində onun sürətini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
17:38 / 09 Noyabr 2026
1
17:36 / 09 Noyabr 2026
9
17:22 / 09 Noyabr 2026
75
17:14 / 09 Noyabr 2026
63
16:56 / 09 Noyabr 2026
418
16:53 / 09 Noyabr 2026
274
16:43 / 09 Noyabr 2026
139
16:37 / 09 Noyabr 2026
120
16:32 / 09 Noyabr 2026
84
16:28 / 09 Noyabr 2026
87
16:25 / 09 Noyabr 2026
252
16:23 / 09 Noyabr 2026
118
16:19 / 09 Noyabr 2026
131
16:06 / 09 Noyabr 2026
373
15:54 / 09 Noyabr 2026
899
15:49 / 09 Noyabr 2026
97
15:47 / 09 Noyabr 2026
243
15:45 / 09 Noyabr 2026
355
15:40 / 09 Noyabr 2026
2323
15:34 / 09 Noyabr 2026
97
15:23 / 09 Noyabr 2026
124
15:13 / 09 Noyabr 2026
139
15:05 / 09 Noyabr 2026
787
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.