Öd kisəsi ilə bağlı AÇIQLAMA
06 Noyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
42
07.11.2026, 10:44
Azərbaycanda onkoloji xəstəliklərlə mübarizə sahəsində mühüm addımlar atılmaqdadır. Xüsusilə onkoloji xəstələrə göstərilən xidmətlərin və müalicənin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə dövlət tərəfindən maliyyə dəstəyi ildən-ilə artırılır. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflərdən biri tibbi xidmətlərin əlçatanlığının təmin edilməsidir. Ayrılan vəsaitlərin səmərəli istifadəsi xəstələrin sosial və sağlamlıq problemlərinin həllində mühüm rol oynayır. Xəstəxana və diaqnostika vasitələrinin mövcudluğu ilə yanaşı, dərman təminatı məsələsi də diqqət mərkəzində olmalıdır. Onkoloji xəstələrin müalicəsində ən vacib məqamlardan biri onların keyfiyyətli preparatlarla vaxtında təmin olunmasıdır. Bu baxımdan dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı səhiyyə eksperti Rasif Bağırov Oxu24.com-a fikirlərini bölüşüb.
Ekspert bildirib ki, Azərbaycanda onkoloji xəstəliklər üçün texnoloji və diaqnostik vasitələr, eləcə də lazımi aparatlar kifayət qədər mövcuddur. Lakin sahənin ən əsas problemi xəstələrin bahalı dərmanlar və bahalı müayinələr qarşısında tək qalmasıdır.
Rasif Bağırovun sözlərinə görə, əsas hədəf bu xəstələrin həmin baha xərclərdən heç olmasa müəyyən dərəcədə azad edilməsi olmalıdır:
"Onkoloji xəstəliklərə yardımın ən əsas hissəsi ondan ibarətdir ki, xəstələr o bahalı dərmanlar, bahalı müayinələrdən heç olmasa müəyyən qismindən azad olabilsinlər”.
Ekspert hesab edir ki, onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığortaya salınması və ya müəyyən qisim xəstələrin ödəniş şərtilə icbari sığorta əhatəsinə alınması böyük kömək olar. Çünki hazırda onkoloji xəstələrin 90 faizi ən vacib olan onkoloji dərmanları ala bilmir. Ortada yalnız gündəlik azqiymətli dərmanlar istifadə olunur ki, bunlar da xəstələrə heç bir xeyir vermir və nəticədə xəstələr qısa zamanda həyatlarını itirirlər.
Rasif Bağırov vurğulayıb ki, ayrılan vəsaitlərin texniki vasitələrə, təmir işlərinə və digər kənar sahələrə yönəldilməsi əvəzinə, birbaşa onkoloji dərmanların təminatına sərf edilməsi daha məqsədəmüvafiq olar.
Qeyd olunan maliyyə artımı və ekspertin irəli sürdüyü təkliflər fonunda onkoloji xidmətlərin təkmilləşdirilməsi və dərman təminatının mərkəzləşdirilmiş qaydada həlli ölkədə bu sahədə mövcud olan çətinliklərin aradan qaldırılmasında mühüm dönüş nöqtəsi ola bilər. Ayrılan büdcə vəsaitlərinin təyinatı üzrə şəffaf və effektiv xərclənməsi minlərlə xəstənin həyatda qalmasına və müalicə keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradacaq.
Çimnaz Telmanqızı
10:55 / 07 Noyabr 2026
1
10:23 / 07 Noyabr 2026
77
10:16 / 07 Noyabr 2026
93
10:14 / 07 Noyabr 2026
84
09:54 / 07 Noyabr 2026
148
09:43 / 07 Noyabr 2026
86
09:36 / 07 Noyabr 2026
1326
09:16 / 07 Noyabr 2026
135
09:09 / 07 Noyabr 2026
95
01:05 / 07 Noyabr 2026
581
00:23 / 07 Noyabr 2026
388
00:10 / 07 Noyabr 2026
604
00:06 / 07 Noyabr 2026
243
23:59 / 06 Noyabr 2026
395
23:42 / 06 Noyabr 2026
548
23:37 / 06 Noyabr 2026
304
23:32 / 06 Noyabr 2026
194
23:28 / 06 Noyabr 2026
349
23:21 / 06 Noyabr 2026
202
23:17 / 06 Noyabr 2026
186
23:11 / 06 Noyabr 2026
166
23:00 / 06 Noyabr 2026
179
22:55 / 06 Noyabr 2026
188
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.