Dağ havası orqanizmə nə edir? – Terapevt mühüm faydaları açıqladı
07 Avqust 2026, 17:15
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
400
22.07.2026, 14:00
Son illər estetik prosedurlara marağın artması ilə yanaşı, botoks və dolğu tətbiqləri ilə bağlı narahatlıq doğuran halların sayı da artır. Xüsusilə botoksdan sonra ağız əyilməsi, göz qapağının sallanması, mimikaların pozulması və keyfiyyətsiz preparatlardan istifadə ilə bağlı suallar ən çox verilən mövzulardandır.
Kosmetoloq Gültəkin Eyvazova Oxu24.com-a açıqlamasında bildirib ki, botoks düzgün icra olunmadıqda və ya pasiyent prosedurdan sonrakı qaydalara əməl etmədikdə müxtəlif fəsadlar yarana bilər.
Mütəxəssisin sözlərinə görə, botoksdan sonra ağızın əyilməsi hər zaman eyni səbəbdən baş vermir.
"Bu hal həm proseduru icra edən mütəxəssisin texniki səhvindən, həm də pasiyentin tövsiyələrə əməl etməməsindən qaynaqlana bilər. Preparat düzgün nahiyəyə və düzgün dozada yeridilmədikdə üz əzələlərinin balansı pozulur. Nəticədə ağızın bir tərəfə çəkilməsi, mimikanın dəyişməsi və ya üzdə assimetriya yarana bilər", – deyə kosmetoloq bildirib.
O qeyd edib ki, prosedurdan sonrakı ilk saatlarda pasiyentin davranışı da nəticəyə ciddi təsir göstərir.
"Botoks vurulduqdan sonra ilk saatlarda üzü masaj etmək, güclü fiziki fəaliyyətlə məşğul olmaq, sauna və isti mühitdə qalmaq preparatın başqa nahiyələrə yayılmasına səbəb ola bilər. Bu isə bəzi hallarda göz qapağının sallanması, ağırlıq hissi və hətta gözün tam açılmaması kimi fəsadlarla nəticələnə bilər", – deyə o əlavə edib.
Kosmetoloq bildirib ki, bəzi hallarda pasiyentlər botoksdan sonra göz qapağında ağırlıq hiss etdiklərini deyirlər.
"Bəzən preparatın təsiri nəticəsində göz qapağını qaldıran əzələlər də zəifləyir. Bu zaman pasiyent göz qapağında ağırlıq hiss edir, bəzi hallarda isə göz qapağı tam açılmaya bilər. Xoşbəxtlikdən bu vəziyyət əksər hallarda müvəqqəti xarakter daşıyır və preparatın təsiri azaldıqca aradan qalxır", – deyə mütəxəssis bildirib.
G.Eyvazova cəmiyyətdə geniş yayılmış "botoks zərərsizdir, çünki altı aya tam yox olur" fikrinə də münasibət bildirib.
Onun sözlərinə görə, botoksun təsir müddətinin məhdud olması onun tam təhlükəsiz olduğu anlamına gəlmir.
"Doğrudur, botoksun təsiri müəyyən müddətdən sonra zəifləyir və adətən 4-6 ay ərzində tam itir. Lakin bu, prosedurun hər kəs üçün tam zərərsiz olması demək deyil. Preparatın düzgün seçilməsi, dozalanması və tətbiq texnikası böyük əhəmiyyət daşıyır. Peşəkar olmayan müdaxilələr ciddi fəsadlara səbəb ola bilər", – deyə kosmetoloq vurğulayıb.
Mütəxəssis dolğu preparatları ilə bağlı da vacib məqamlara toxunub.
Onun sözlərinə görə, bazarda mənşəyi məlum olmayan, keyfiyyətsiz və sintetik tərkibli preparatların sayı az deyil.
"Bəzi dolğular hazır şpris şəklində təqdim olunsa da, onların tərkibində 30-40 faizə qədər sintetik maddələr ola bilər. Pasiyent bunu vizual olaraq müəyyən edə bilmir. Ona görə də preparatın sertifikatı, istehsalçısı və mənşəyi mütləq yoxlanmalıdır", – deyə G.Eyvazova bildirib.
Kosmetoloq qeyd edib ki, xüsusilə biopolimer əsaslı preparatlar ciddi təhlükə yarada bilər.
"Biopolimer insan orqanizmi üçün yad maddədir. Orqanizm onu sorub xaric edə bilmir. Hansı nahiyəyə vurulursa, illərlə həmin toxumada qalır. Sonradan iltihab, deformasiyalar və estetik problemlər yarada bilər. Bu səbəbdən biopolimer tərkibli preparatlardan istifadə qətiyyən tövsiyə edilmir", – deyə o bildirib.
Mütəxəssis botoksun hansı yaşdan tətbiq olunmasının məqsədəuyğun olması ilə bağlı da fikirlərini bölüşüb.
Onun sözlərinə görə, estetik prosedurlar yalnız yaşa görə deyil, tibbi göstərişə əsasən planlaşdırılmalıdır.
"25 yaşında və ya daha gənc bir şəxsin botoks etdirməsi hər zaman zəruri deyil. Əgər erkən mimik qırışlar formalaşıbsa və bunun üçün tibbi-estetik göstəriş varsa, prosedur tətbiq oluna bilər. Ancaq sadəcə dəb xatirinə və ehtiyac olmadan botoks etdirmək düzgün yanaşma deyil", – deyə kosmetoloq vurğulayıb.
Gültəkin Eyvazova sonda vətəndaşlara müraciət edərək bildirib ki, botoks və dolğu prosedurları yalnız lisenziyalı klinikalarda, peşəkar mütəxəssislər tərəfindən və sertifikatlı preparatlarla icra edilməlidir. Onun sözlərinə görə, estetik prosedurlarda ən vacib məsələ qiymət deyil, təhlükəsizlik və sağlamlığın qorunmasıdır.
00:28 / 09 Avqust 2026
38
23:54 / 08 Avqust 2026
52
23:46 / 08 Avqust 2026
62
23:40 / 08 Avqust 2026
64
23:31 / 08 Avqust 2026
67
22:59 / 08 Avqust 2026
76
22:42 / 08 Avqust 2026
61
22:31 / 08 Avqust 2026
79
22:06 / 08 Avqust 2026
82
21:07 / 08 Avqust 2026
86
16:08 / 08 Avqust 2026
151
16:05 / 08 Avqust 2026
140
14:53 / 08 Avqust 2026
155
13:55 / 08 Avqust 2026
99
13:30 / 08 Avqust 2026
92
13:15 / 08 Avqust 2026
177
13:01 / 08 Avqust 2026
117
12:59 / 08 Avqust 2026
160
12:49 / 08 Avqust 2026
164
12:45 / 08 Avqust 2026
616
12:45 / 08 Avqust 2026
115
12:30 / 08 Avqust 2026
122
12:13 / 08 Avqust 2026
891
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.