Damarların sərtləşməsi və daralması hansı təhlükələr yaradır?
15 Sentyabr 2026, 22:25
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
425
17.07.2026, 12:36
Gündəlik həyatda bir çox insan çiyin nahiyəsində yaranan və hərəkət məhdudiyyəti yaradan kəskin ağrılardan əziyyət çəkir. Bəzən bu ağrılar o dərəcədə şiddətlənir ki, insanı gecə yuxusundan oyadır və həyat keyfiyyətinə ciddi şəkildə mənfi təsir göstərir. Bir çox hallarda vətəndaşlar bu cür narahatlıqları sadə bir əzilmə və ya soyuqdəymə hesab edərək həkimə müraciət etməyi gecikdirirlər. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, çiyindəki dözülməz ağrıların arxasında ciddi cərrahi müdaxilə tələb edə biləcək travmatoloji problemlər dayana bilər. Vaxtında düzgün diaqnoz qoyulub müalicəyə başlanmadıqda, qolun hərəkət funksiyasının tamamilə itirilməsi kimi ağır fəsadlar qaçılmaz olur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən uzman həkim, travmatoloq-ortoped Şamil Səfərəliyev çiyin ağrılarının ən geniş yayılmış səbəblərindən biri olan rotator manşet yırtığı barədə ətraflı məlumat verib.
Rotator manşet nədir və niyə yırtılır?
Həkimin sözlərinə görə, çiyin oynağımızı yerində saxlayan və qolumuzu qaldırmağımızı təmin edən, bazu sümüyünün başına yapışan dörd vacib əzələ var:
“Bunları qolumuzu hərəkət etdirən kəndirlər kimi düşünə bilərsiniz.
Gənc yaşlarda bu kəndirlər adətən kəskin travma və ya ağır yük qaldırma səbəbindən qopur. Ancaq yaş irəlilədikcə vətərlərin qidalanması zəifləyir, sümüklər arasında sıxışma yaranır. Zamanla bu vətərlər aşınaraq yırtılır”.
Hər yırtıq əməliyyat deməkdirmi?
Həkim bildirib ki, bu problemlə qarşılaşan xəstələrin dərhal cərrahiyyə barədə düşünərək təşvişə düşməsinə ehtiyac yoxdur:
"Narahat olmayın, hər yırtıq mütləq əməliyyat demək deyil. Başlanğıc mərhələdəki yırtıqları dərmanlar, iynələr və ya fizioterapiya vasitəsilə sağalda bilirik.
Lakin yırtıq böyüdükdə və qolunuz tam gücünü itirdikdə, ən müasir qapalı üsulla — artroskopik metodla müalicəyə ehtiyac yaranır. Bu zaman böyük kəsiklər etmədən, kamera ilə içəri girərək vətərləri yenidən öz yapışma yerlərinə tikirik”.
Uzman həkim çiyin ağrısı olan şəxslərə çağırış edərək gecikməməyi tövsiyə edib:
"Keçməyən çiyin ağrılarına dözməyin. Çünki gecikdirilmiş yırtıqların müalicəsi hər zaman daha çətin olur. Sağlam olun, hərəkətdə qalın!”
Çimnaz Telmanqızı
10:59 / 16 Sentyabr 2026
17
10:58 / 16 Sentyabr 2026
13
10:45 / 16 Sentyabr 2026
29
10:43 / 16 Sentyabr 2026
55
10:39 / 16 Sentyabr 2026
39
10:35 / 16 Sentyabr 2026
41
10:12 / 16 Sentyabr 2026
81
09:55 / 16 Sentyabr 2026
60
09:33 / 16 Sentyabr 2026
82
09:31 / 16 Sentyabr 2026
69
05:25 / 16 Sentyabr 2026
99
05:23 / 16 Sentyabr 2026
160
05:21 / 16 Sentyabr 2026
539
01:42 / 16 Sentyabr 2026
234
00:03 / 16 Sentyabr 2026
179
23:59 / 15 Sentyabr 2026
94
23:36 / 15 Sentyabr 2026
418
23:35 / 15 Sentyabr 2026
171
23:34 / 15 Sentyabr 2026
334
23:25 / 15 Sentyabr 2026
79
23:19 / 15 Sentyabr 2026
273
23:01 / 15 Sentyabr 2026
1090
23:00 / 15 Sentyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.