Tehranın ikili standartları: Diplomatik etirazın arxasında hansı ziddiyyətlər dayanır? – TƏHLİL
09 Noyabr 2026, 18:23
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
49
09.11.2026, 18:46
ABŞ-nin vitse-prezidenti Cey Di Vens və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai arasında görüşə ev sahibliyi edəcək.
Oxu24.com xəbər verir ki, bunu Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Ankarada keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, Dohada planlaşdırılan görüş Vaşinqton və Tehran arasında danışıqlarda ciddi irəliləyiş əldə etmək üçün mühüm fürsət ola bilər.
İ.Kalın, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şənbə günü ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı onu İrana qarşı yeni zərbələr endirməkdən çəkinməyə çağırdığını bildirib. Türkiyə kəşfiyyatının rəhbərinin qiymətləndirməsinə görə, ABŞ-nin hərbi əməliyyatı regionda qarşıdurmanın yeni mərhələsinə səbəb ola bilər.
O əlavə edib ki, Türkiyə və digər regional vasitəçilər münaqişənin nizamlanması üzrə yeddi bənddən ibarət planın razılaşdırılması istiqamətində irəliləyiş əldə edirlər.
Plana əsasən, İran nüvə silahı hazırlamamaq öhdəliyi, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıq və sonradan Hörmüz boğazını açmaq müqabilində sanksiyaların yumşaldılmasına və dondurulmuş vəsaitlərinə çıxış əldə edə bilər.
İ.Kalın vurğulayıb ki, hazırda tərəflər əsasən razılaşmaların icrası üzrə addımların ardıcıllığını müəyyənləşdirməyə çalışırlar. Onun sözlərinə görə, yaxın günlərdə razılaşma əldə olunarsa, ABŞ-nin İrana yeni zərbələr endirməsinin qarşısını almaq mümkün olacaq. Əks halda, hücumlar bir neçə gün ərzində yenidən başlaya bilər.
Bununla yanaşı, İranın mövqeyi ilə tanış olan mənbə Vaşinqtonla razılaşma əldə olunacağına şübhə ilə yanaşıb. Onun sözlərinə görə, Tehran yeni eskalasiyanı gözləyir və regionda, eləcə də onun hüdudlarından kənarda yerləşən ABŞ hərbi bazalarına cavab zərbələri endirməyə hazırlaşır.
19:00 / 09 Noyabr 2026
1
18:57 / 09 Noyabr 2026
37
18:41 / 09 Noyabr 2026
73
18:38 / 09 Noyabr 2026
84
18:31 / 09 Noyabr 2026
86
18:25 / 09 Noyabr 2026
559
18:23 / 09 Noyabr 2026
87
18:14 / 09 Noyabr 2026
83
18:02 / 09 Noyabr 2026
282
17:57 / 09 Noyabr 2026
101
17:56 / 09 Noyabr 2026
79
17:55 / 09 Noyabr 2026
104
17:38 / 09 Noyabr 2026
254
17:36 / 09 Noyabr 2026
129
17:22 / 09 Noyabr 2026
206
17:14 / 09 Noyabr 2026
113
16:56 / 09 Noyabr 2026
1002
16:53 / 09 Noyabr 2026
603
16:43 / 09 Noyabr 2026
250
16:37 / 09 Noyabr 2026
199
16:32 / 09 Noyabr 2026
136
16:28 / 09 Noyabr 2026
108
16:25 / 09 Noyabr 2026
373
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.