Psixiatrik dərmanlar ömürlükdür? – Mütəxəssis AÇIQLADI
02 İyul 2026, 15:42
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
72
02.07.2026, 14:12
Yemək qəbul edərkən qidanın boğazda ilişməsi, udqunma çətinliyi və uzun müddət keçməyən quru öskürək əksər hallarda sadə narahatlıq kimi qiymətləndirilsə də, bəzi hallarda bu əlamətlər ciddi xəstəliklərin göstəricisi ola bilər.
Uzman həkim Ramin Bağırov Oxu24.com-a açıqlamasında bildirib ki, xüsusilə qidanın yemək borusundan keçməsində çətinlik yaranması tibbdə disfagiya adlandırılır və bu hal mütləq şəkildə araşdırılmalıdır.
Həkimin sözlərinə görə, son müraciət edən xəstələrdən birində məhz belə şikayətlər müşahidə olunub. Pasiyent uzun müddətdir ki, yeməyin boğazında ilişib qaldığını, qəbul etdiyi qidaların bir hissəsini geri qaytardığını və davamlı quru, qıcıqlandırıcı öskürəkdən əziyyət çəkdiyini bildirib.Xəstə müxtəlif vaxtlarda ağciyər və bronx xəstəlikləri ilə bağlı müalicələr alıb, müxtəlif dərman preparatlarından istifadə edib. Lakin bütün bu müalicələrə baxmayaraq, quru öskürək aradan qalxmayıb. Bu isə problemin başqa bir səbəbdən qaynaqlandığını düşünməyə əsas verib.Aparılan endoskopik müayinə nəticəsində məlum olub ki, pasiyentdə qida borusu ilə mədə arasında yerləşən kardial sfinkter nahiyəsində ciddi daralma və spazm mövcuddur. Tibbi dildə bu vəziyyət qida borusunun axalaziyası adlanır.Axalaziya qida borusunun nadir rast gəlinən, lakin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salan funksional xəstəliklərindən biridir
“Normal şəraitdə qida qəbul edildikdən sonra qida borusunun aşağı hissəsində yerləşən əzələ halqası açılır və qidanın mədəyə keçməsinə imkan yaradır. Axalaziya zamanı isə həmin əzələlər tam boşalmır və qidanın mədəyə keçidi çətinləşir. Nəticədə qida borusunda yığılma baş verir və pasiyent udqunma zamanı narahatlıq hiss edir”, – deyə həkim bildirib.
Onun sözlərinə görə, xəstəliyin əsas səbəblərindən biri sinir sistemində yaranan funksional pozğunluqlardır. Qida borusunun hərəkətini təmin edən sinir hüceyrələrinin zədələnməsi nəticəsində əzələlər normal fəaliyyət göstərə bilmir və spazm yaranır.Ən təhlükəli məqamlardan biri isə insanların ilkin əlamətlərə əhəmiyyət verməməsidir.Bir çox xəstələr əvvəlcə yalnız bərk qidaları udmaqda çətinlik çəkirlər. Zaman keçdikcə maye qidaların belə keçməsi çətinləşir. Lakin insanlar bunu stress, yorğunluq və ya müvəqqəti narahatlıq kimi qiymətləndirərək həkimə müraciəti gecikdirirlər. Nəticədə xəstəlik irəliləyir və ciddi problemlər meydana çıxır.
Həkim vurğulayır ki, qida borusunda qalan qidalar geri qayıda, nəfəs yollarına düşə və uzunmüddətli quru öskürəyə səbəb ola bilər. Məhz buna görə bəzi xəstələr illərlə bronxit və ya ağciyər problemləri ilə müalicə olunsalar da, əsas səbəb qida borusunda gizli qalır.Müalicə ilə bağlı danışan mütəxəssis bildirib ki, belə hallarda endoskopik balon dilatasiyası ən effektiv üsullardan biri hesab olunur. Bu prosedur zamanı daralmış nahiyə xüsusi balon vasitəsilə genişləndirilir və qidanın mədəyə rahat keçməsi təmin edilir.
“Bizim planımız xəstəyə balon dilatasiyası tətbiq etmək və paralel olaraq nevropatoloqun müşahidəsi altında müalicəni davam etdirməkdir. Çünki xəstəliyin sinir mənşəli komponentləri də nəzərə alınmalıdır. Düzgün yanaşma ilə qısa müddət ərzində müsbət nəticə əldə etmək mümkündür”, – deyə həkim qeyd edib.
Uzman doktor Ramin Bağırov insanlara çağırış edərək bildirib ki, yeməyin boğazda ilişməsi, qidanın geri qayıtması, səbəbi bilinməyən quru öskürək və uzun müddət davam edən udqunma problemləri heç vaxt diqqətdən kənarda qalmamalıdır.Vaxtında aparılan endoskopik müayinə və düzgün diaqnoz bir çox ciddi fəsadların qarşısını almağa imkan verir və xəstənin normal həyat keyfiyyətinə
Jalə
17:00 / 02 İyul 2026
10
16:53 / 02 İyul 2026
29
16:37 / 02 İyul 2026
34
16:26 / 02 İyul 2026
55
16:25 / 02 İyul 2026
54
16:12 / 02 İyul 2026
59
16:03 / 02 İyul 2026
55
15:59 / 02 İyul 2026
65
15:45 / 02 İyul 2026
176
15:42 / 02 İyul 2026
59
15:38 / 02 İyul 2026
51
15:06 / 02 İyul 2026
63
15:02 / 02 İyul 2026
63
14:57 / 02 İyul 2026
67
14:53 / 02 İyul 2026
60
14:50 / 02 İyul 2026
61
14:49 / 02 İyul 2026
64
14:46 / 02 İyul 2026
61
14:24 / 02 İyul 2026
63
14:16 / 02 İyul 2026
73
14:07 / 02 İyul 2026
64
13:54 / 02 İyul 2026
76
13:44 / 02 İyul 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.