Təzyiqi aşağı salan 5 əsas qida
10 Noyabr 2026, 09:26
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
559
01.07.2026, 14:35
Asma xəstələrinin ən çox yol verdiyi yanlışlardan biri xəstəliyin əsas müalicəsini almadan yalnız boğulma zamanı salbutamol və ya ventolin tərkibli inhalyatorlardan istifadə etmələridir.
Bu barədə allerqoloq Gülnar Quliyeva Oxu24.com-a açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, bir çox pasiyentlər uzun illər ərzində yalnız nəfəs darlığı yarandıqda inhalyatordan istifadə etməklə xəstəliyi nəzarətdə saxladıqlarını düşünsələr də, əslində bu yanaşma düzgün deyil və gələcəkdə daha ciddi problemlərə səbəb ola bilər.
“Pasiyentlər tez-tez bildirirlər ki, ‘Doktor, mənim asma xəstəliyim var və yalnız boğulanda salbutamol istifadə edirəm’. Təəssüf ki, asma xəstələrinin ən çox etdiyi səhv məhz budur. Xəstəliyin özünü müalicə etmədən yalnız simptomları aradan qaldırmağa çalışmaq düzgün yanaşma deyil”, – deyə həkim vurğulayıb.
Gülnar Quliyeva qeyd edib ki, bu vəziyyəti hər gün baş ağrısı yaşayan, lakin səbəbi araşdırmadan davamlı olaraq ağrıkəsici qəbul edən insanlarla müqayisə etmək olar:“Necə ki, insan hər gün baş ağrısını sadəcə ağrıkəsici ilə aradan qaldırırsa, amma problemin kökünü müalicə etmirsə, eyni şəkildə asma xəstələri də yalnız salbutamoldan istifadə etməklə xəstəliyin əsas səbəbini aradan qaldırmırlar. Bu preparatlar müvəqqəti rahatlıq yaratsa da, asmanın müalicəsi hesab edilmir”.
Allerqoloq bildirib ki, salbutamol və ventolin tərkibli dərmanlar bronxların divarında yaranan spazmı aradan qaldıraraq nəfəs almağı asanlaşdırır və boğulma tutmasını idarə edir. Lakin həmin preparatlar tənəffüs yollarında mövcud olan xroniki iltihabi prosesi müalicə etmir.
“Salbutamol asmanı sağaltmır. O, yalnız bronxlarda yaranan spazmı aradan qaldıraraq xəstənin nəfəsini açır və boğulma epizodunu nəzarət altına alır. Əsas müalicə isə xəstəliyin kökündə duran iltihabi prosesin qarşısını almağa yönəlməlidir”, – deyə o əlavə edib.
Həkim vurğulayıb ki, müasir tibbdə asmanın müalicəsində əsas məqsəd xəstənin gündəlik həyatını məhdudiyyət olmadan davam etdirməsinə nail olmaqdır:“Biz istəyirik ki, pasiyent gecələr öskürək və nəfəs darlığı ilə oyanmasın, gündəlik fəaliyyətlərini rahat şəkildə yerinə yetirsin, idmanla məşğul ola bilsin və hər an yanında salbutamol axtarmaq məcburiyyətində qalmasın. Doğru və davamlı müalicə alan xəstələrdə boğulma tutmalarının sayı minimuma enir, bəzi hallarda isə tamamilə aradan qalxır”.
Gülnar Quliyeva asma xəstələrinə özbaşına müalicədən çəkinməyi, mütləq həkim nəzarətində müayinədən keçərək fərdi müalicə planı müəyyənləşdirməyi tövsiyə edib.
“Əgər düzgün diaqnoz qoyular və müasir müalicə protokollarına uyğun terapiya aparılarsa, xəstə nə tez-tez boğulma yaşayacaq, nə də daim salbutamoldan asılı vəziyyətdə qalacaq. Unutmaq olmaz ki, salbutamol və ventolin asmanı müalicə etmir, onlar yalnız boğulma tutmalarını müvəqqəti olaraq idarə edən yardımçı vasitələrdir”, – deyə allerqoloq fikrini yekunlaşdırıb.
Nigar
10:21 / 10 Noyabr 2026
1
10:17 / 10 Noyabr 2026
21
10:15 / 10 Noyabr 2026
30
10:10 / 10 Noyabr 2026
34
09:50 / 10 Noyabr 2026
113
09:46 / 10 Noyabr 2026
78
09:35 / 10 Noyabr 2026
107
09:26 / 10 Noyabr 2026
142
09:19 / 10 Noyabr 2026
104
08:56 / 10 Noyabr 2026
193
08:46 / 10 Noyabr 2026
175
08:42 / 10 Noyabr 2026
1641
05:37 / 10 Noyabr 2026
154
05:27 / 10 Noyabr 2026
248
04:34 / 10 Noyabr 2026
155
04:12 / 10 Noyabr 2026
216
02:34 / 10 Noyabr 2026
180
02:02 / 10 Noyabr 2026
167
01:30 / 10 Noyabr 2026
431
01:19 / 10 Noyabr 2026
589
01:00 / 10 Noyabr 2026
257
00:25 / 10 Noyabr 2026
1319
00:20 / 10 Noyabr 2026
172
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.